backend

Müharibə: Ermənistan Qarabağı tanımağa hazırlaşır - BU SON OLACAQ!!!

Müharibə: Ermənistan Qarabağı tanımağa hazırlaşır - BU SON OLACAQ!!!
Azərbaycan ordusu döyüş hazırlığı vəziyyətinə gətirilməlidir

Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqessi blokunun parlament seçkilərində baryeri keçə bilməməsi Qarabağ danışıqlarının Madrid prinsipləri üzrə həlli şansını sıfra endirdi.
İstiPress-in "Haykakan jamanak" qəzetinə istinadən verdiyi məlumata görə, yeni parlamentdə təmsil olunan və hakimiyyət düşərgəsi ətrafında birləşmiş Respublika Partiyası, "Daşnakustyun” və "Sarukyan” blokunun təmsilçiləri dəfələrlə mətbuatda çıxış edərək, ümumiyyətlə, Ermənistan ordusunun işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması barədə düşünmədiklərini bəyan ediblər.

Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması
Hətta parlamentin tək müxalifət partiyası sayılan "Çıxış” qrupunun rəhbəri Nikol Paşinyan seçkilər öncəsi verdiyi müsahibələrində Levon Ter-Petrosyanı tənqid etmişdi və onu təslimçilikdə günahlandırmışdı. Nikol Paşinyan hətta Dağlıq Qarabağı tanımağa çağırmışdı. Ermənistan ordusu imşğal edilmiş Azərbaycana ərazilərindən çıxmazsa, münaqişənin Madrid prinsipləri ilə həll variantı mümkün olmaz.
Müharibə: Ermənistan Qarabağı tanımağa hazırlaşır - BU SON OLACAQ!!!
Ermənistan milli və strateji tədqiqatlar mərkəzinin başçısı Manvel Sarkisyan "1in.am” erməni portalına müsahibəsində Ermənistanın Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıya biləcəyin iddia edib: "Ermənistanın siyasi səhnəsində artıq anlayırlar ki, Madrid prinsipləri münaqişənin həllinə gətirməyəcək”.
Ermənistan Madrid prinsiplərini rədd edərək Dağlıqn Qarabağı müstəqil dövlət kimi tanıyarsa Azərbaycanın müharibədən başqa yolu qalmır. Və hərbi əməliyyatlar Ermənistan parlamentinin belə qərar qəbul edilməsindən dərhal sonra başlamalıdır. Əks halda, beynəlxalq birlik rəsmi Bakının susmasını razılıq əlaməti sayacaq.
Müharibə: Ermənistan Qarabağı tanımağa hazırlaşır - BU SON OLACAQ!!!