backend

Azərbaycanda kütləvi dava: 5 nəfər bıçaqlandı

Azərbaycanda kütləvi dava: 5 nəfər bıçaqlandı













Cəlilabadda baş verən kütləvi davada 5 nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə rayonunun Nar bağı adlanan ərazisində qeydə alınıb.

Dava nəticəsində rayon sakinləri Amid Möhsümov, Bəhruz və Pərviz Sahiboğlu qardaşları, Ruslan Əliyev və Asəf Yaqubov xəsarət alıb.

İlkin məlumata görə, xəsarət alanlar 10 nəfərdən ibarət qrup tərəfindən döyülərək bıçaqlanıblar. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Fakt araşdırılır.