backend

Putin: Əgər istəsəm Kiyevi iki həftəyə alaram

Putin: Əgər istəsəm Kiyevi iki həftəyə alaram

“Rusiya Avropa ilə müharibə astanasındadır”

Rusiya prezidenti Vladimir Putin Avropa Komissiyasının prezidenti Joze Manuel Barrosu ilə danışıqlar zamanı Ukraynanın paytaxtı Kiyevi iki həftəyə ala biləcəyi ilə hədələyib.

qaynarxett.az “Ukrainski Pravda”ya istinadən xəbər verir ki, bu barədə italyan qəzeti Repubblika Avropa Şurasının avqust ayının 30-da keçirilən iclasına həsr olunmuş məqaləsində məlumat yayıb.

“28 dövlət rəhbərlərinin arasında birlik yoxdur. Əsaən üç dövlət tutunur: Macarıstan, Slovakiya və Kipr. Bu ölkərlər Rusiyanın maraqlarından asılıdır və işğaldan qorxurlar və Rusiyanın iqtisadi cavabı onların boğazına kəndir salmış olar”, - müəllif yazıb.

Amma Baltikyanı ölkələr Avropanın “kürdlərlə olduğu kimi Ukraynaya da rusiyalı separatçılarla mübarizə aparmaq üçün silah göndərməyi” üçün inad edirdilər.
Litva prezidenti Dali Qribauskaytenin sözlərinə görə “Rusiya Avropa ilə müharibə astanasındadır”.

Almaniya kansleri Angela Merkel də Rusiyaya qarşı daha sərt sanksiyalara çağırıb, bildirib ki, Moskva ilə bütün danışıqlar cəhdi səmərəsiz qalıb.

“Bizim diplomatik kanalların açıq qalması üçün göstərdiyimiz bütün səylərə baxmayaraq Putin boş vədlər verib və Ukraynanın şərqində vəziyyəti daha da gərginləşdirməkdə davam edib” deyə Merkel bildirib.

Nəşr yazır ki, avropa liderləri, “Putinin hərəkətlərində gözlənilməzlik sərhədsizdir. Onu artıq rasional oyunçu adlandırmırlar, onun hərəkətlərinə milliyyətçilik rəhbərlik edir”.

Repubblika-nın məlumatına görə Merkel, « Rusiya ilə əlaqədar çıxışlarında adətən təmkinlidir, amma o da Ukraynadan sonra növbənin Latviya və Estoniyaya da çata biləcəyini” bəyan edib.

Bundan sonra Avropa Komissiyasının prezidenti Joze Manuel Barroso söz alıb və Putinin telefon söhbəti zamanı hansı təhdidlərlə çıxış etdiyini danışıb.

Barroso deyib ki, o, Putindən rus qoşunlarının Ukraynaya müdaxiləsi haqda soruşmağa cəhd edib. Lakin Rusiya prezidenti dərhal hədələməyə başlayıb və bildirib: “Problem ondadır ki, əgər mən Kiyevi almaq istəsəm bunu cəmi iki həftəyə edərəm”.

Böyük Britaniyanın baş naziri Devid Kemeron Rusiyanın Krım kimi Ukraynanın şərqini də cəzasız şəkildə ələ keçirməsinə imkan verməməyə çağırıb.

“O, Krımı artıq ələ keçirib. Biz ona bütün ölkəni ələ keçirməyə imkan verə bilmərik. Çünki biz 38-ci ildə Münhendə edilmiş səhvi təkrar edə bilərik. Biz sonra nəyin baş verəcəyini də bilmirik,” - Nəşr Kemeronun sözlərindən sitat gətirib.