backend

Əhmədzadənin adamı icra başçısı gedir - İDDİA

Əhmədzadənin adamı icra başçısı gedir - İDDİA









Bir vaxtlar Yuxarı Qarabağ Kanalı İdarəsini çapıb talamış sabiq rəis İlyas Səfərov indi yeni postunda bayram edir

Daxil olan məlumata görə, İlyas Səfərov Şirvan Meşə-Meliorasiya İdarəsini tar-mar edir.

Hətta deyilənə görə, İ.Səfərov bu vəzifəsindən də başqa idarəyə göndərilib və 10 gün olar ki, Su və Meliorasiya Təsərrüfatı ASC sədri Əhməd Əhmədzadə təyinat verib.

Vəzifələri kreslo-kreslo gəzən İ.Səfərov karyera yüksəlişi yaşadığını hiss edir və yaxın çevrəsində bəyan edib ki, qarşıdakı aylarda daha böyük bir vəzifəyə gedəcək.

O, icra başçısı olmaq eşqinə düşüb və rayonlardan birinə rəhbər gedəcəyini söyləyib. İ.Səfərov arxayın şəkildə deyib ki, yaxın zamanlarda onu təbrik edəcəklər və hazırda icra başçısı olmaq üçün dəridən-qabıqdan çıxır.

Bu təyinatın nəyə borclu olduğunu deyə bilmərik. Lakin onu bilirik ki, Yuxarı Qarabağ Kanalı İdarəsinin müdiri olan zaman bir sıra yeyintilərə yol vermiş birinin belə mühüm vəzifəyə təyin ediləcəyi müəmmalıdır. Üstəlik, onun adı oğlu ilə də qalmaqalda hallanıb.

Oğlu Vüqar Səfərov "Hyundai Tucson” markalı avtomobili Bakı-Qazax avtomobil yolunun Yevlax ərazisində hərəkət edərkən sürətlə qarşıdan gələn "Lada 2107» ona çırpılıb.

Hadisə nəticəsində Ləzgiyev Ceyhun Novruz oğlu dünyasını dəyişib. Oğlunun içkili olduğu yazılmışdı. Özü isə bu iddiaları təkzib etmişdi.

Daxil olan məlumata görə, İlyas Səfərov dövlət büdcəsindən ayrılmış milyonlarla manat vəsaiti xərclədiyi qeyd edilir.

Bəzi korrupsiya hallarına yol verdiyi vurğulanırdı. Həmin idarəni viran günə qoyan İlyas Səfərovun Şirvana posta təyinat alması isə bu idarənin də məhvinə gətirib çıxarıb.

"Monolit”, "Nicat SK”, və "İlqar” MMC-lərin udduğu tenderlər, bu şirkətlərin kimə məxsus olması, Mingəçevir, Ağcakənddəki villalar və İlyas Səfərovun qardaşı Knyaz Səfərovun özbaşına əməlləri barədə iddialar var və araşdırmalarımız davam edir. \\qlobal.az\\