backend

Əhmədzadəyə xəyanət edən kimdir? - İDDİA

Əhmədzadəyə xəyanət edən kimdir? - İDDİA









Vaqif Səlimovun rəhbərlik etdiyi Xaçmaz rayon Suvarma Sistemləri İdarəsində hər ay daha çox israfçılığa, daha çox mənimsəmə hallarına yol verildiyindən, artıq adı çəkilən qurumun yarıtmaz fəaliyyəti dillər əzbərinə də çevrilib. Rayondakı mənbəmizin iddiasına görə, bu gün SSİ-də çoxsaylı problemlər tüğyan edir, kütləvi narazılıq hissi baş qaldırır. Adicə bir faktı vurğulayaq ki, hələ bir müddət bundan əvvəl adının çəkilməsini istəmədiyimiz televiziya kanallarından birində, məhz Vaqif Səlimovun rəhbərlik etdiyi qurumun yarıtmaz fəaliyyəti ciddi tənqid atəşinə tutuldu və geniş ictimaiyyət yaşanan olaylarla bağlı müəyyən mənada xəbərdar da oldu. Baş verənlər bir daha onu söyləməyə əsas verir ki, şəxsi maraqlarını daim öndə tutan Vaqif Səlimov, bu gün də atdığı addımları ilə yeni-yeni problemlər yaratmaqdadır. Qurmudakı xoşagəlməz durumun varlığı haqda məlumatları xəbər portalımıza çatdıran mənbə iddia edir ki, Xaçmaz rayon SSİ-nin rəisi vəzifəsini daşıyan Vaqif müəllimin xarakterik xüsusiyyəti, əksər hallarda büdcədən ayrılan vəsaitlərin mənimsənilməsinə geniş imkanlar da açır. Belə bir səbəb üzündəndir ki, idarədə hər ay mənimsəmələrə, israfçılığa və digər çoxsaylı qanunsuzluqlara qol qoyulur. Adı çəkilən quruma rəhbərlik edən Vaqif Səlimov isə, məhz problemlərin varlığını Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyindəki şəxslərlə bağlayır və müəyyən mənada ittihamlarını da səsləndirir. Məsələn, səhhətində ciddi problemləri olan və çox zaman iş başında tapılmayan idarə rəisi bəzi problemlərin varlığına münasibət bildirərkən onu da vurğulayır ki, “biz nə etməliyik, dörd aydan çoxdur ki, maaş almırıq. Əhməd Əhmədzadə heç bir halda bizi düşünmür. Bir tərəfdən ölkə rəhbəri cənab İlham Əliyev “sahibkarlara köməklik göstərin, problemlərinin həllinə çalışın, narazılıq hissinin əmələ gəlməsinə şərait yaratmayın” deyə, lazımi tapşırıqlarını verir. Digər tərəfdən problemlərimiz aşıb-daşır. Belə olan halda idarəmizin dərdi də, problemləri də olacaq” deyir. Bəli, səslənən ittihamlar Vaqif Səlimova məxsus olduğundan, hələlik səslənən ittihamlarla bağlı nəsə deyə bilmərik. Amma, deyəcəyimiz o olacaq ki, bu gün o, idarəyə verilən yanacağa, sürtkü yağlarına, texnikalara aid detallara, avadanlıqlara, hətta bəzi işçilərin əmək haqlarına və s. “əl də qoyur”. Yeli mənbənin iddiasına görə, hal-hazırda idarənin balansında olan texnikaların əksəriyyəti yararsız haldadır. Buna da səbəb, məhz həmin texnikalara verilən ehtiyat hissələrinin, müxtəlif detalların müəyyən müddət ərzində “itbata” salınması olur. Çünki, köhnə ehtiyat hissələri yarasız olur, təzə ehtiyat hissələri isə köhnələrlə əvəzlənmir. Belə bir halın varlığı da, durmadan çoxsaylı problemlərin əmələ gəlməsi ilə nəticələnir. Məlumatlı mənbə onu da iddia edir ki, suvarma suyuna ehtiyac olan vaxtlarda kanallar təmizlənmir, alaq otları, lil və s. kanalları ağuşuna alır. Yerli sahibkarlar kanalların təmizlənməsini tələb etdikdə, dərhal Vaqif müəllim bildirir ki, “bizim texnikaları tərpətməyə ixtiyarımız yoxdur. Çünki, Əhməd Əhmədzadənin müavini Zakir müəllim “mənim icazəm olmadan texnikalar tərpənə biməz” deyə tapşırığını verib” deyir. Vaqf Səlimovun daha çox SSİ-nə ayrılan yanacağı mütəmadi satdırması, bu gün onu əməlli-başlıca sayılıbseçilən vəzifə sahiblərindən birinə də çevirib. Belə bir səbəb üzündəndir ki, adı çəkilən şəxs hal-hazırda Xaçmazın ən imkanlı şəxslərindən biri hesab olunur. Atılan addımlar rayon ərazisində sahibkarlığın inkişafına əngəl olmaqla bərabər, eyni zamanda ölkə rəhbəri cənab İlham Əliyevin verdiyi tapşırıqlarla ziddiyyət də təşkil etməkdədir. Bütün bunları nəzərə alsaq o halda sual da oluna bilər ki, tabe olduğu qurum rəhbərlər şəxslərini daim ittiham edən və büdcə vəsaitlərini şəxsi maraqlarının həlli naminə “həzmi-rabedən” keçirən Vaqif Səlimova niyə “dur” deyilmir? Deməli, torbada “qara pişik” var! Yoxsa... Bütün bunlardan əlavə, əməkdaşlarımızın əldə etdikləri digər məlumatlara görə şəxsi təsərrüfatların sahibləri də iddia edirlər ki, SSİ-nin əməkdaşları yerlərdə suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında bir çox qanunsuzluqlara yol verirlər ki, bu da, ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olur. Həmçinin idarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, görüləcək işlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsinə də qol qoyulur. İdarənin balansında olan texnika və bir çox avadanlıqların köhnəlməsi adı ilə, onların balansdan çıxarılaraq satılması nəticəsində külli miqdarda pul vəsaitılərinin əldə olunduğu da iddia olunur. Həmin texnika və avadanlıqların yeniləri ilə əvəz olunması isə aydındır ki, dövlətə külli miqdarda xərc bahasına başa gəlir. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində həmin avadanlıqlara texniki xidmətin göstəricisi də çox aşağı səviyyədədir. Texnikaların nasaz vəziyyətdə saxlanması səbəbindən, daşqın və selə qarşı mübarizə məqsədilə çay macəralarının təmizlənməsi və daş bəndlərin qurulması işlərində, məhz onların köməyinə heç cür bel bağlamaq olmur. Açıqlamada sadalanan bu və digər faktların həqiqətə nə dərəcədə uyğun olub-olmamasını bir daha dəqiqləşdirmək üçün, çalışacağıq ki, yaxın günlərdə əməkdaşımızı Xaçmaz rayon SSİ-nə ezam edək və belə bir yolla da əsl həqiqətləri əldə edə bilək. Araşdırmamız davam edəcək. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.