backend

Hakimiyyətin “Milyarderlər İttifaqı”na qarşı “B” planın - Təfsilatı

Hakimiyyətin “Milyarderlər İttifaqı”na qarşı “B” planın - Təfsilatı













Seçkiyə bir ildən çox vaxt qalsa da, bəzi dairələrin fəallaşması müşahidə olunur

Ulus.Az-ın Analitik Şöbəsi xəbər verir ki, son günlər mətbuatda diqqət çəkən məlumatlar arasında “Milyarderlər İttifaqı”nın yenidən aktivləşməsi haqda iddialardır.

Kremlin təzyiq rıçaqına çevirdiyi bu təşkilatın missiyası seçkidən-seçkiyə fəallaşmaqdır. Moskva 2018-ci il prezident seçkilərində yeni namizədlə iştirak etməyi planlaşdırır. Bu planın tərkib hissəsi isə ÜAK-ın qeydiyyatını ləğv etməkdir.

Lakin hakimiyyət də bu plana qarşı kontur hücumla cavab verməyə hazırlaşır. 2013-cü ildə olduğu kimi, bu dəfə də iqtidar Moskvadan gələ biləcək hansısa projeni darmadağın etmək gücünə malikdir.

İddiaya görə mövcud hakimiyyətin Rusiya və Qərb arasında yürütdüyü balanslı siyasətindən narazı olan Kreml konkret olaraq, bu iki siyasi güc arasında öz maraqlarını dəstəkləyən şəxsin seçilməsinə çalışacaq.

Ehtimal olunur ki, Kremlin üzərində dayandığı namizəd Azərbaycanda fəaliyyət göstərən nüfuzlu siyasətçilərdən biridir.

Ulus.Az-ın Analitik Şöbəsi xəbər verir ki, həmin şəxsin müxalifət, yaxud hakimiyyət daxilində təmsil olunması barədə məlumat olmasa da diqqət iqtidarın üzərinə yönəlib.

Hakimiyyət daxilində Rusiyanın güclü lobbiçilik fəaliyyətini həyata keçirən oliqarxların və “5-ci kolon”unun olduğuna diqqət çəkən analitiklər hesab edirlər ki, böyük ehtimalla Kreml seçkilərdən əvvəl hakimiyyət daxilində gücləndirdiyi müxalifət vasitəsilə iqtidarı “vurmağa” çalışacaq.

Nəzərə alsaq ki, il ərzində siyasi idarəetmə strukturlarında ciddi islahatların aparılacağı gözlənilir və bir çox oliqarxın öz postunu itirəcəyi ehtimal olunur, bu halda Kremlin öz yerlərini təhlükədə hiss edən bu şəxslərdən ən nüfuzlusuna üstünlük verəcəyi inandırıcıdır.

Kreml bu planını həyata keçirmək üçün ziyalılardan istifadə edə bilər. Rusiya Rüstəm İbrahimbəyov kimi bir şəxsin namizədliyini irəli sürə bilər. Məntiqlə həmin şəxs öz namizədliyini irəli sürməlidir və Rusiya da onu dəstəkləməlidir. Bu, mümkündür.