backend

Bakının məşhur gecə klubunda qadın döyüldü - FOTO

Bakının məşhur gecə klubunda qadın döyüldü - FOTO










Bakının Səbail rayonundakı məşhur gecə klubunda qadın ofisiant döyülüb.

Report xəbər verir ki, “Torqovi” kimi tanınan ərazidə yerləşən “Night Office” klubuna müştəri kimi gələn orta yaşlı kişi 27 yaşlı Mənsimova Aysel Bəkir qızı ilə mübahisə edib.

Mübahisə nəticəsində qadın müştəri tərəfindən döyülüb. A.Mənsimova ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.