backend

Əkiz bacıların maşınla vurduğu kişi niyə gizlədilir? - AÇIQLAMA

Əkiz bacıların maşınla vurduğu kişi niyə gizlədilir? - AÇIQLAMA










Aprelin 5-də müğənni Sevic və Sevil Səfərovaların törətdiyi qəza nəticəsində xəsarət alan Söhrab Ağayevin səhhəti ilə bağlı məlumatlar gizlədilir.

"Ölkə.Az"-ın əməkdaşı 87 yaşlı kişinin durumunun nə yerdə olduğunu öyrənmək üçün 1 Saylı Şəhər Klinik Xəstəxanası (Semaşko-red.) ilə əlaqə saxlayıb.

Xəstəxanadan əvvəlcə bildirilib ki, S.Ağayev 20 gün əvvəl başqa yerə aparılıb. Hadisənin cəmi on gün əvvəl baş verdiyi xatırladıldıqdan sonra isə fərqli cavab vermək məcburiyyətində qalıblar:

"Deyəsən 10-15 gün əvvəl çıxarıb apardılar. Bilmirik, Mərkəzi Klinikadır, özəl klinikadır. Xəbərimiz yoxdur".

Xatırladaq ki, hadisə aprelin 5-də səhər saat 09:00 radələrində baş verib. Səfərovaların idarə etdiyi “Dodge Durango” markalı avtomobil İçərişəhərin yaxınlığında, “Qoşa qala qapısı” adlanan ərazidə yolu keçən Söhrab Ağayevi vurub. Piyada ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Mövzunu diqqətdə saxlayacağıq.