backend

Ərdoğan seçkini uduzmuş sayılır – Son dəqiqə şərhi

Ərdoğan seçkini uduzmuş sayılır – Son dəqiqə şərhi

Türkiyədə keçirilən seçkilərdə böyük şəhərlərdə Konstitusiya əleyhinə səs faizinin daha çox olmasına politoloq Qabil Hüseynli qısa açıqlama verib.

Axar.az xəbər verir ki, keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “İstanbul, Ankara, İzmir və digər boyük şəhərlərdə uduzmaq bütün referendumu uduzmaq deməkdir” deyə qeyd edib. Politoloq bldirib ki, Kirsalda tərəkəmənin səsini almaq daha asandır və bu, önəmli deyil.

Qeyd edək ki, Konstitusiya dəyişikliyinin tərəfdarı olan AKP İstanbul, paytaxt Ankara (Yox - 50,70%, Hə - 49,30%), İzmir (Hə - 31,37%, Yox - 68,63%), Antalya (Hə - 41,01%, Yox - 58,99%) kimi şəhərlərdə uduzub.

AKP-nin 15 illik iqtidarı müddətində hakim partiyanın istəyinə İstanbul ilk dəfə "Yox" deyib. Hazırkı nəticələrə görə, İstanbul seçicilərinin 51 faizi Konstitusiya dəyişikliyinə "Yox", 49 faiz "Hə" deyib.

Seçicilərin isə 99,7 faizinin səsi hesablanıb. Son nəticəyə görə, “Hə” deyənlər 51 faizin üstündə irəlidədir.

Ərdoğan seçkini uduzmuş sayılır – Son dəqiqə şərhi