backend

TƏCİLİ !!! Referendum SONU: ƏRDOGANIN TANIMADIGI TÜRKİYƏ - Vətəndaş müharibəsinə CAGIRIŞ...

TƏCİLİ !!! Referendum SONU:  ƏRDOGANIN TANIMADIGI TÜRKİYƏ -  Vətəndaş müharibəsinə CAGIRIŞ...Üç böyük region "yox" dedi, nəticə "hə" oldu

Türkiyədə ötən gün konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən referendumda bülletenlərin demək olar ki, hamısı açılıb. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, referendumda "hə" qalib gəlib. Vətəndaşların 51,4 faizi dəyişikliyə "hə", 48,6 faizi isə "yox" deyib.

Maraqlısı odur ki, Türkiyənin 3 ən böyük regionunda seçki məntəqələrindən çıxan cavablar təəccübləndirib. Belə ki, gözlənilənin əksinə olaraq İstanbul (51,4 "yox"), Ankara (51,2 "yox") və İzmirdə (68,8 "yox") vətəndaşların çoxu dəyişikliklərlə razı olmadıqlarını bəyan ediblər.

Ən çox "yox" deyən regionlar arasında Tunceli (80,4), Ədirnə (70), Kırklareri (71,3), Şırnak (71,7), Çanaqqala (60,5) kimi şəhərlər də var.

Referendumun nəticələri ilə daha ətraflı BURADA tanış ola bilərsiniz.

TƏCİLİ !!! Referendum SONU:  ƏRDOGANIN TANIMADIGI TÜRKİYƏ -  Vətəndaş müharibəsinə CAGIRIŞ...

Prezident "edam" məsələsini bu gün bir daha xatırladıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan referendum müddəti boyunca səsləndirdiyi "edam" məsələsini bu gün bir daha xatırladıb. İstiPress-in məlumatına görə, Türkiyə prezidenti referendumdan sonra ilk çıxışını Huber Köşkündə edib.
TƏCİLİ !!! Referendum SONU:  ƏRDOGANIN TANIMADIGI TÜRKİYƏ -  Vətəndaş müharibəsinə CAGIRIŞ...
Əvvəlcə jurnalistlərlə kiçik toplantı keçirən Ərdoğan, daha sonra Köşkün önündə olan insanlara səslənib.

Kütlənin səsləndirdiyi "edam" sözlərinə Ərdoğan aydınlıq gətirib: "Bu məsələni mütləq Baş nazirlə danışacam. Baxçalı və Yıldırım dəstəklədiklərini söyləyiblər. Dəstəkləyərlərsə, qarşıma gətirib qoyarlarsa, mən bunu təsdiqləyərəm. Dəstəkləməsələr nə olacaq? Bir referendum da bunun üçün təşkil edərik!"

“Silahlı mübarizəyə hazır olun”

Publika.az xəbər verir ki, bu qələbəni həzm edə bilməyən “xeyir” cəbhəsinin bəzi üzvləri təxribat çağırışlar səsləndiriblər.

“Prezidenti təhqir etmə” və “təhdid” ittihamları ilə bağlı haqqında cinayət işi açılan siyasətçi Feyzi İşbaşaran bu dəfə vətəndaş müharibəsi çağırışı edib. F.İşbaşaran “Twitter” hesabında belə yazıb: “Oğurluq edəcəklərindən əmin idik. Silahlı mübarizəyə hazır olun”.

Qaynarxett.az