backend

TƏCİLİ: İstanbul ayaga qalxdı - etiraz aksiyaları

TƏCİLİ: İstanbul ayaga qalxdı - etiraz aksiyaları

Türkiyənin prezident üsul-idarəsinə keçidinin əleyhdarları ölkənin ən iri şəhəri olan İstanbulda etiraz aksiyaları təşkil ediblər. Virtualaz.org bildirir ki. bu barədə xəbəri “Associated Press” verib.

Qeyd olunur ki, etirazlar vətəndaşların dünən vaş tutmuş referendumun nəticələrindən doğan narazılığından qaynaqlanıb.

Etirazçılar şəhərin Beşiktaş və Kadıköy səmtlərində yürüş keçiriblər və “Xeyr, biz qalib gələcəyik” şüarları qaldırıblar.

Agentliyin məlumatına görə, Türkiyə müxalifətinin təmsilçiləri səslərin sayılmasında yol verilmiş pozuntuları əsas gətirərək, referendumun nəticələrinin ləğvini tələb ediblər.