backend

Neymar ümid verdi: "Hələ heç nə bitməyib"

Neymar ümid verdi: "Hələ heç nə bitməyib"








"Barselona"nın futbolçusu Neymar PSJ ilə oyundakı möcüzəsini "Yuventus"la matçda da gercəkləşdirə biləcəklərinə inanır.

Turində keçirilən ilk görüşdə 0 - 3 hesabı ilə məğlub olan "Kataloniya təmsilçisinin hücumçusu bu məğlubiyyətin əvəzinə çıxacaqlarına inanır. 25 yaşlı forvard yarımfinala çıxacaqlarına ümidli olduğunu bildirib: "Hələ heç nə bitməyib. İnansaq, bacararıq. "Yuventus"la oyunda 1 % şansımız var. Qalan 99 % çalışmaq, inanc və hədəflərimizdi. Hər şey düzgün getsə, "Yuvebtus" qarşısında geridönüş edə bilərik.

Potensialımıza inanıram" Xatırladaq ki, "Barselona" Çempionlar Liqasının 1/8 finalında PSJ-yə 0 - 4 hesabı ilə məğlub olmasına baxmayaraq, cavab qarşılaşmasında 6 - 1 hesabı ilə qalib gələrək mərhələni keçmişdi.

Qeyd edək ki, "Barselona" - "Yuventus" matçı 19 aprel tarixində Bakı vaxtilə saat 22:45-də baş tutacaq.