backend

Fidel Kastro İŞİD-i yaradanların adlarını açıqladı

Fidel Kastro İŞİD-i yaradanların adlarını açıqladı

88 yaşlı siyasətçi həmçinin Ukraynada baş verən hadisələrə də münasibət bildirib.

Bu günlərdə NATO-nu faşist təşkilat adlandıran Kuba inqilabının lideri Fidel Kastro indi də İraq və Şam İslam Dövlətini (İŞİD) yaradanlar barədə qalmaqallı açıqlama verib. O, bildirib ki, İŞİD-i İsrail və ABŞ yaradıb. Bu barədə “MIGnews.com” saytı xəbər yayıb.

88 yaşlı siyasətçi deyib ki, mən əminəm ki, Yaxın Şərqdə İŞİD kimi təşkilatın yaranmasının əsas səbəbkarı İsrail və ABŞ-dır.

Onun sözlərinə görə, İsrail Kəşfiyyat Xidməti MOSSAD ABŞ senatoru Con Makkeynlə əlaqəyə girərək İŞİD-i yaradıblar.

Əfsanəvi Fidel Kastro, həmçinin Ukraynada baş verən hadisələrə də münasibət bildirib.

Bu dəfə də NATO haqqında kəskin ifadələr səsləndirən təcrübəli siyasətçi deyib ki, bir çox insanlar NATO-nun Avropadan olan təmsilçilərinin bəyanatların eşidəndə təəccüb edirlər. Onlar düşüncə tərzinə və özünü ifadə manerasına görə nasistləri xatırladırlar.