backend

Deputat yenə xalqı təhqir etdi: həmkarı və Hafiz Hacıyev onu başa saldı - Qalmaqal

Deputat yenə xalqı təhqir etdi: həmkarı və Hafiz Hacıyev onu başa saldı - Qalmaqal
















Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə müsahibə verib

Deputat Feysbukda olmamasını belə izah edib:

“Ona görə ki, orda hər yoldankeçən ağzına gələni yazır və mənim də vaxtım yoxdur, elə şeylərlə məşğul olum. Kim kimin haqqında nə yazdı, nə dedi, məni maraqlandırmır. Hər şüursuz adamın yazdığını oxumaq fikrində deyiləm. Çünki feysbukda olanların hamısı avara, işsiz-gücsüz adamlardır”.

"Araz başından böyük danışmasın, ağzının danışığını bilsin. Onun kimliyi hər kəsə bəllidir”.

Bu fikirləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deputat Araz Əlizadənin "Facebooka girənlərin hamısı avara adamlardır” fikrinə münasibət bildirərkən deyib.

O, millət vəkili haqqında sərt ittihamlar səsləndirib: "Araz Azərbaycan xalqını və bu ölkənin müstəqilliyini istəməyən adamdı. O, hər zaman farslara, ruslara işləyib. Araz kimi gədalara baş qoşmaq lazım deyil.

Əgər vicdanı varsa Azərbaycanın milli maraqlarına xidmət eləsin. Elçibəyə böhtan atdı dillənmədik. Heydər Əliyevin qaydıışı zamanı çəkilişlər var, baxın görün hansı sözləri işlədib.

Yaxşı olar ki, bir az ağıllı və vicdanlı olsun. Atası rəhmətlik Eliçbəyin üzünə durdu, özü kimin üzünə durmaq istəyir? Özünə hörmət qoymur, heç olmasa onu parlamentə seçənlərə hörmət qoysun”.

Ulus.Az xəbər verir ki, deputat Fərəc Quliyev də həmkarına sərt cavab verib. Deputat söyləyib ki, insan gərək danışığına, hərəklərinə fikir versin. F.Quliyev deputat həmkarının belə açıqlama verməsinə təəssüfləndiyini bildirib:

“Adam nə qədər belə mövzulara açıqlama verməli olar?! Araz Əlizadənin söylədiyi özünə olan bir münasibət və savaddır. Belə insanın sözlərinə bir deputat kimi fikir verməyi özümə yaraşdırmıram.

Mən ümumiyyətlə o adamın səviyyəsinə düşüb, onun səviyyəsində ona cavab vermək istəmirəm. Ən azı oxuculardan, Azərbaycan xalqından ayıbdır.

Təbii ki, məndə Facebooka girirəm, öz fəaliyyətimi də, mənsubu olduğum partiyanın fəaliyyətini də oradan işıqlandırıram. Burada insanlar öz fikirlərini bölüşürlər. Kütləvi şəkildə danışmaq, xalqı təhqir etmək olmaz”.

İnformasiya Texnologiyaları üzə mütəxəssis, gənc alim Cahid İsmayıloğlu deyib ki, Araz Əlizadə yəqin "Facebook"dan bərk qorxur: “"Facebook" ictimai-siyasi həyatın an qaynar məkanıdır.

Əgər siyasətlə məşğul olursansa ya bununla ayaqlaşmalısan, ya da siyasətdən getməlisən. Araz Əlizadə həm də öz həmkarlarına avara deyir. Çünki bu gün onlarla deputat var ki, "Facebook"da aktivdir".