backend

Saxta məktəbli formasını necə ayırmaq olar?

Saxta məktəbli formasını necə ayırmaq olar?

Respublikadan kənarda da keyfiyyətsiz və saxta vahid məktəbli forması tikilir.

Yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Valideynlər də artıq övladlarına məktəbli forması almağa başlayıblar.

qaynarxett.az Axar TV-yə istinadən xəbər verir ki, onların əksəriyyəti vahid məktəbli formasını paytaxtın 12 rayonunda fəaliyyət göstərən “Bakı Tikiş Evi”ndən alırlar.

“Bakı Tikiş Evi”nin satış şöbəsinin müdiri Etibar Əzimovun sözlərinə görə, Respublikadan kənarda da keyfiyyətsiz və saxta vahid məktəbli formasi tikilir. Bu səbəbdən yalnız materialın keyfiyyəti və formanın tikilişinə görə saxta formanı orijinal məktəbli formasından ayırmaq mümkündür.