backend

Hökumətdən inqilabi qərar - dollar kreditlərinin həlli astanasında - Detallar

Hökumətdən inqilabi qərar - dollar kreditlərinin həlli astanasında - Detallar















Hökumət kreditlərlə bağlı ciddi qərarlar astanasındadır

Problemli kreditlərin həlli istiqamətində mühüm addımlar atılacağı gözlənilir.

Ölkə rəhbərliyinin müdaxiləsindən sonra bank sektorunda yaranmış vəziyyət, banklarla vətəndaşların qarşıdurması müsbət həllini tapa bilət. Problemli, dollarla verilən kreditlərlə bağlı qərar gec-tez verilməlidir.

Deputat Vahid Əhmədov deyib ki, bu istiqamətdə xüsusi təkliflər var: “Prezidentin dediyi kimi, biz bank sistemini sağlamlaşdırıb normal işləməsini təmin etmək, sahibkarlarla banklar arasında normal müqavilə münasibətlərinin olmasını istəyiriksə, dollarla verilən kreditlərin qaytarılmasında əhali arasındakı problemi nəzərə alıb müəyyən qərarlar qəbul edilməlidir”.

Problemli kreditlərin həcmi artmaqda davam edir. «Moody's» reytinq agentliyi hesab edir ki, Azərbaycan banklarında bu, kredit portfelinin 20 faizini təşkil edir. Mərkəzi Bankın məlumatında isə problemli kreditlər 7,4 faizdir.

Problemli kreditlərin qaytarılmasının qanuni həlli yolları mövcud olsa da, banklar bir çox hallarda bunun qanundan kənar həll etməyə çalışırlar:

Banklar bir qayda olaraq vaxtı keçmiş kreditlərin qaytarılmasını məhkəmədən kənar olaraq müştəridən tələb edirlər. Amma müəyyən müddətdən sonra məhkəmə qaydasında iddia qaldırırlar. Əslində ən düzgün yolu budur.

Ulus.Az-ın verdiyi xəbərə görə, bank 3 il ərzində iddianı qaldıra bilər. 3 il ərzində bunu etməsə artıq iddia qaldıra bilməyəcək. Məhkəmələr bir qayda olaraq faiz dərəcəsi hesablanmayıbsa bank verdiyini müştəridən tələb edir.

Bank artıq istəyirsə borc məbləğini birqədər azaldır. Əsas problem məhkəmədə yox, məhkəmədən sonra olur. Yəni məhkəmə qərarının icrasında.

Mərkəzi Bankın rəsmi məlumatına görə, problemli kreditlərin həcmi 1 milyard 597 milyon manata çatıb. 2016-cı ilə başlayanada bu göstərici 1 milyard 314 milyon manat idi.

Deməli, bu ilin ötən ayları ərzində problemli kreditlərin həcmi rəsmi statistikada 283 milyon manat artıb.

Problemi kreditlərin ümumi kredit portfelində payı artıq 10 faizə yaxınlaşır. Bu isə o deməkdir ki, hər təqdim edilən 100 manatlıq kreditin 10 manatı geri qayıtmır. Bu isə bank sektoru üçün kifayət qədər ciddi rəqəmdir.