backend

TƏCİLİ: Rusiya Türkiyəni yenidən hədələdi

TƏCİLİ: Rusiya Türkiyəni yenidən hədələdi

“Çarter uçuşları dayandırıla bilər”

Rusiyadan Türkiyəyə təhdid dolu bir açıqlama gəlib.

İstiPress “Haberler”ə istinadən xəbər verir ki, Rusiyanın nəqliyyat naziri Maksim Sokolov, Türkiyəyə çarter uçuşlarının dayandırılmasının hələ də gündəmdə olduğunu deyib: “Mövqeyimiz dəyişmədi. Rosaviasiya (Rusiya Aviasiya Agentliyi) bir xəbərdarlıq etdi. Bu xəbərdarlığın məzmunundan xəbərdarsız. Hazırda əlavə heç bir məlumat yoxdur”.

Rus hava yolu şirkətləri aprelin 10-da, Rosaviasiyadan, Türkiyədəki daxili siyasi vəziyyət səbəbindən bu ölkəyə çarter uçuşlarının dayandırılması barədə xəbərdarlığın yer aldığı bir teleqram alıb.

“Kommersant” qəzeti Rosaviasiyanın bu xəbərdarlığının, ABŞ-ın aprelin 7-də Suriyanı vurmasından sonra Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsinin nəticəsi olduğunu iddia edir.

Qeyd edək ki, yay aylarında sərnişinlərin çoxluğunu nəzərə alaraq Rusiyadan Türkiyəyə ucuz qiymətə hava yolu xidməti-çarter uçuşları təşkil olunur.

Çarter uçuşları bir aydan çox davam etmir və iki uçuş nöqtəsindən başqa yerə hərəkət etmir.