Parisdə terakt: İŞİD məsuliyyəti üzərinə götürdü - Video21 apr 2017 - 14:37783 Fransanın paytaxtı Parisdə baş verən silahlı atışma zamanı 1 polis ölüb, 1-i isə yaralanıb.Şanzeliza küçəsində baş verən olayda "Kalaşnikov" silahından istifadə edilib.Hadisəni törədən şəxsin polis tərəfindən öldürüldüyü bildirilib.***“Le Fogaro”nun məlumatına görə, cinayətkarlar iki nəfər olub, onlardan biri aradan çıxmağı bacarıb.Hüquq mühafizə orqanları olayın terakt olduğunu istisna etməyiblər. Ancaq qarət məqsədilə hücum edildiyi ehtimalı da var.RİA-nın əməkdaşı hadisə yerində helikopterlərin müşahidə apardığını xəbər verib. Hazırda xüsusi əməliyyat keçirilir.Paris polisi öz Tvitter səhifəsində insident baş verən ərazidən əhalini uzaq durmağa çağırıb.***Parisdə qanlı olayı törədən cinayətkarın hüquq-mühafizə orqanları tərəfindən tanındığı bildirilib.Onun milli təhlükəsizliyə təhdid törədən xüsusi cinayətkarların siyahısında olduğu vurğulanıb.O, bir müddət əvvəl qatarla Belçikadan Fransaya gəlib.******Fransa Prezidenti Fransua Olland silahlı hücumu terakt adlandırıb.***İŞİD Parisdə baş verən teraktın məsuliyyətini öz üzərinə götürüb.