Əli Həsənov: Deyəcəklər, Azərbaycan Əfqanıstan kimi bir yerdir...

Siyasət 5-09-2014, 16:47
Əli Həsənov: Deyəcəklər, Azərbaycan Əfqanıstan kimi bir yerdir...

“Xarici auditoriya ölkəmizi münaqişə yaşayan ölkə kimi tanımamalıdır”.

Xaricdə Azərbaycan haqqında deyəcəklər ki, bura da Əfqanıstan kimi bir yerdir. Gənclərimiz Qarabağ məsələsini ayrıca təbliğ etməlidirlər.

qaynarxett.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri “Xaricdə Təhsil alan və Məzun olmuş Gənclərin Beynəlxalq Formu” ictimai birliyinin (ASAİF) 12-ci Forumunda çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sədri Əli Həsənov deyib.

O qeyd edib ki, Azərbaycanın dünya birliyində öz yerini tutması üçün görüləsi işlər çoxdur:

“Gənclərimiz bu işdə səfərbər olmalıdırlar. Azərbaycanın haqq səsini dünyaya bəyan etməlidirlər. Onlar oxuduqları ölkədə Azərbaycanın təbliğatı ilə məşğul olmalıdırlar. Dağlıq Qarabağ məsələsi bizim ümumi dərdimizdir. Gənclərimizin təbliğatının əsasında Dağlıq Qarabağ münaqişəsinin dünyaya çatdırılması dayanmalıdır. Bununla yanaşı xalqımızın mədəni irsi də, mədəniyyəti də dünyada tanıdılmalıdır. Xarici auditoriya ölkəmizi münaqişə yaşayan ölkə kimi tanımamalıdır. Onun mədəniyyətini, incəsənətini, görkəmli şəxsiyyətlərini tanımalıdırlar. Gənclərimiz dərhal dostları ilə Dağlıq Qarabağ münaqişəsindən danışmağa başlasalar, onlar yaxşı həmsöhbət olmayacaqlar. Və gənclərimizin söhbətləri də o qədər effekt verməyəcək. Xaricdə də Azərbaycan haqqında deyəcəklər ki, bura da Əfqanıstan kimi bir yerdir. Onlar Qarabağ məsələsini ayrıca təbliğ etməlidirlər”.
Oxunub: 839
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 


ILK-10