backend

Hökumətdən müjdə: Soyğunçu bankların sayı azalır, işçilər qovulur - Təcili

Hökumətdən müjdə: Soyğunçu bankların sayı azalır, işçilər qovulur - Təcili


















Azərbaycanda yaxın müddətdə bankların sayı 20-dək azalacaq

Bu barədə Ulus.Az-ın yaydığı məlumatda deyilir.

Bankların sayının azalması prosesinin ağrısız olması üçün isə bankların müflisləşməsi deyil, konsolidasiyasının təşviq edilməsi vacibdir.

Devalvasiyadan sonra digər sahələr kimi bank sektorunda da çöküş prosesi başladı. Bəzi banklar bağlandı, bəzilər isə birləşdirildi.

İndiyə kimi ondan çox bank bağlanıb. Statistik məlumatlara görə isə ölkədə 40-dan çox bank fəaliyyət göstərir. Ciddi maliyyə böhranı olan bir ölkədə bu qədər bankın fəaliyyət göstərməsi məqbuldurmu?

Onu da bildirək ki, bağlanan banklarda sığortalı əmanətlərin qaytarılıb sığortasızların qaytarılmayacağı açıqlanıb. Belə olan halda vətəndaşlar nə etməlidir?

Azərbaycanda bankların sayı əhalinin sayına adekvat deyil, çoxdur. Əslində bankların bağlanması və birləşməsi, sayının azaldılması daha düzgün yanaşmadır.

Çünki kapitalın təmərküzləşmə prosesi getməsə, banklar bu problemdən çıxa bilməyəcəklər. Bankları problemdən çıxarmağın bir yolu onların kapitalının təmərküzləşməsidir.

Bankların indiki halda sağlamlaşdırılması ilə bağlı daha ciddi tədbirlər həyata keçirilməlidir.

Sayına gəlincə, bankların sayının azalmasına görə narahat olmağa dəyməz. Hazırda olan bankların sayının hələ iki dəfə azaldılması daha məqbul olardı.

Bankların hamısında problemlər var. Çünki geri qayıtmayan kreditlərin həcmi bütün banklarda artır. Problemli kreditlərin həcmi artırsa, deməli, bankın ümumi maliyyə dayanıqlılığı da zəifləyib.

Bankın işləməsi üçün şərt verdiyi kreditlərin vaxtlı-vaxtında yığılmasıdır. Sadəcə bəzi banklar daha böyükdür, kapitallaşması daha çoxdur.

Vətəndaş bank seçərkən onun maliyyə durumuna, səhmdarların siyahısına, kapitallaşma səviyyəsinə baxmalıdır. Azərbaycanda barmaqla sayılacaq qədər belə banklar var.