backend

TƏCİLİ: Prezident Administrasiyasından xarici qüvvələrə ilginc mesaj - ŞOK təfərrüat

TƏCİLİ: Prezident Administrasiyasından xarici qüvvələrə ilginc mesaj - ŞOK təfərrüat

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı situasiyanı mürəkkəbləşdirən amillərdən biri bu istiqamətdə səmərəli fəaliyyət göstərməyimizə xaricdən maneələrin olmasıdır

Ulus.Az-ın məlumatına görə, bu barədə Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd olunur.

N.Məmmədov bildirib: "Azərbaycan ərazisinin bir hissəsi Ermənistan tərəfindən işğal edildiyindən, xarici kursunda münaqişənin həlli prosesi ilə insan haqlarının təmini məsələləri əlaqəli şəkildə nəzərə alınmalıdır.

Bu mənada beynəlxalq normaların həyata keçirilməsi məsələsi ölkənin ərazi bütövlüyünün təmin edilməsi kimi əsas vəzifənin tərkib hissəsinə çevrilir".
TƏCİLİ: Prezident Administrasiyasından xarici qüvvələrə ilginc mesaj - ŞOK təfərrüat
PA rəhbərinin müavini əlavə edib ki, situasiyanı mürəkkəbləşdirən amillərdən biri həmin istiqamətdə səmərəli fəaliyyət göstərməyimizə xaricdən daim maneələrin olmasıdır:

“Burada müəyyən qədər qapalı dairə yaratmaq cəhdləri hiss olunur. Azərbaycandan əhalinin əsas azadlıq və hüquqlarının təmin edilməsi tələb edilir.

Digər tərəfdən isə, bunun üçün əlverişli beynəlxalq mühit yaratmaq cəhdlərimizə əngəl yaradılır. Müstəqillik əldə etdiyimiz dövrdən bu yana həmişə süni problemlərin yaradıldığının şahidi olmuşuq”.

PA rəsmisi tamamilə haqlıdır və ölkəmizə qarşı ayrı-seçkilik göz qabağındadır.

Əsasən də Qərb ölkələri, ABŞ və beynəlxalq təşkilatlar ikili standartlar siyasətindən əl çəkmir. N.Məmmədovun mesajı da məhz xarici auditoriyaya hesablanıb və həmin qüvvələrə bir ismarıcdır.

Hökumət Qarabağ probleminin həllində həm xalqa, həm beynəlxalq arenaya demək istəyir ki, münaqişəni həllində rəsmi Bakı cığallıq etmir. Əksinə, bu konfliktin həlli üçün süni maneələr yaradanlar məhz ölkədən kənardadır.

Aprel döyüşləri də ordumuzun gücünü və nəyə qadir olduğunu göstərdi. Bununla belə, sülh tərəfdarı olan Azərbaycan münaqişənin dialoqla həllini tələb edir.