backend

Fransada prezidenliyə namizədlər Bakıya qarşı - Fransa XİN BƏYANAT yaydı

Fransada prezidenliyə namizədlər Bakıya qarşı -  Fransa XİN BƏYANAT yaydı

Hazırda Fransa prezidentliyinə namizədlərin praktiki olaraq seçkilərin birinci turu ərəfəsində riskli bəyanatlar verdiyini və çox sayda seçicinin diqqətini özlərinə cəlb etməyə çalışdığını görmək olar.

Ulus.Az-ın məlumatına görə, bunu "Sputnik" radiosunun efirində Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov deyib.

O qeyd edib ki, məsələn, bu yaxınlarda prezidentliyə namizəd Marin Le Pen Dağlıq Qarabağın Ermənistanla birləşdirilməli olduğunu bəyan etmişdi:

“Məlum məsələdir ki, bu bəyanat Fransanın erməni icmasına hesablanıb. Lakin bu, ən yüksək posta seçilmək və sonradan Azərbaycanla münasibət qurmaq istəyən bir siyasətçi üçün kifayət qədər riskli bəyanatdır”.

Dağlıq Qarabağ məsələsi ilə spekulyasiya edən fransalı siyasətçilər erməni əsilli Fransa seçicilərini cəlb etmək istəyirlər. Bu barədə Fransa Senatının Xarici əlaqələr komitəsinin sədr müavini Natali Qule deyib.

Azərbaycanın ərazi bütövlüyü əleyhinə çıxış edən Fransa prezidentliyə namizədlər Fransua Fiyon və Marin Le Penin qalmaqallı müsahibələrini şərh edən N.Qule bildirib: "Mənim sizə məsləhətim: Fransada təşviqat aparan siyasətçilərə etibar etməyin".

Əhalinin məşğulluq, iqtisadiyyat, təhlükəsizlik kimi böyük problemləri olduğu Fransada Dağlıq Qarabağ münaqişəsi haqqında az adam məlumatlıdır.

Buna görə də bəzi prezidentliyə namizədlərin bəyanatlarını ciddi qəbul etmək lazım deyil.

Fransanın növbəti prezidentini gözləyin və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Fransadakı dostlarınıza etibar edin. Bir sözlə, təmkinli olun və seçkilərin nəticələrini gözləyin.

Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi, Rusiya və ABŞ-dan olan tərəfdaşları ilə birgə ötən ilin aprelində Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində qeydə alınan gərginlik zamanı döyüşlərin dayandırılması və Azərbaycan və Ermənistan arasında danışıqların bərpası üçün bütün gücünü səfərbər etmişdi".

Bu barədə Fransa XİN-in bəyanatında deyilir. Bəyanatda qeyd olunur: "Fransa əvvəlki kimi əmindir ki, cari status-kvo qəbuledilməzdir və münaqişə hərbi yolla həll oluna bilməz". Fransa tərəfləri atəşkəs rejimi haqqında razılaşmaya hörmət etməyə çağırır.


Qaynarxett.az