backend

Azərbaycanda balın qiyməti rekord qiymətə qalxdı - FOTO

Azərbaycanda balın qiyməti rekord qiymətə qalxdı - FOTO

Yay aylarında havaların isti keçməsi çiçəklərin qısa müddət ərzində qurumasına səbəb olub.

Bu il Azərbaycanda bal qıtlığı yaranıb.

qaynarxett.az xəbər verir ki, bu barədə Qafqazinfo-ya arıçılıqla məşğul olan şəxslər məlumat veriblər.

Buna görə də hazırda bir litr balın qiyməti 50 manata satılır.

Arıçılıqla məşğul olan Zəkəran Musayev deyir ki, yay aylarında havaların isti keçməsi çiçəklərin qısa müddət ərzində qurumasına səbəb olub. Buna görə də bal tədarükü əvvəlki illərlə müqayisədə dəfələrlə az olub.

Ötən il 20-25 manata satılan bal hazırda 50 manata satılır.