backend

Hakimiyyət icra başçıları qarşısında hansı şərt qoyub? - Şok təfsilat

Hakimiyyət icra başçıları qarşısında hansı şərt qoyub? - Şok təfsilat
















Azərbaycanda gözəl investisiya mühiti mövcuddur. Son illər ərzində 200 milyard dollardan çox sərmayə cəlb edilib.

Təbii ki, bu və digər müsbət işlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin dünyadakı imicini daha da möhkəmləndirir.

Təsadüfi deyil ki, Davos Dünya İqtisadi Forumu iqtisadiyyatımızı rəqabətqabiliyyətliliyinə görə dünya dövlətləri arasında 37-ci yerə layiq görüb.

Bu barədə Ulus.Az-ın İqtisadiyyat Şöbəsi xəbər yayıb. Bu istiqamətdə məmurlar, yerli icra orqanları qarşısında mühüm vəzifələr qoyub.

Azərbaycan Prezidentinin tapşırığı ilə həyata keçirilən mühüm tədbirlər nəticəsində ölkəmiz öz iqtisadi potensialını şaxələndirib.

Artıq qeyri-neft sektoru iqtisadiyyatın 65 faizini təşkil edir. Buna baxmayaraq qarşıda duran əsas vəzifələrdən biri ixracda şaxələndirmənin təmin edilməsidir. Yerli icra orqanları da bu məsələni daim diqqətdə saxlamalıdırlar.

Gələcəkdə yerli icra orqanlarının fəaliyyətinə veriləcək qiymət, eyni zamanda, bu amilə də əsaslanacaq: bu və ya digər rayona nə qədər sərmayə gətirilib. “Yerli icra orqanları mərkəzi icra orqanları ilə birlikdə bu işləri təşkil etməlidirlər.

Ulus.Az-ın İqtisadiyyat Şöbəsi xəbər yayıb ki, icra hakimləri və məmurlar ciddi öhdəlik götürüblər. Onlar hakimiyyətin gözləntilərini doğrultmalıdırlar. Atılan bütün addımlar məhz iqtisadi istiqamətdə dövlətimizin strateji maraqlarının təminatına yönəldilib.

İlk növbədə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektoru məhsullarının istehsalı və onun “Made in Azerbaijan” brendi altında dünya bazarlarında tanınması, xüsusilə də qeyri-neft sektorunun ixracatının stimullaşdırılması məsələləri diqqət mərkəzində saxlanılıb.

Xüsusilə də qeyri-neft ixracatı ilə məşğul olan sahibkarlar ölkənin rəhbəri səviyyəsində belə bir əminlik əldə etdilər ki, dövlətimiz bu istiqamətdə bütün lazımı addımları atacaq. Sahibkarlara maliyyə dəstəyi məsələləri bundan sonra da dövlətin, xüsusilə Prezidentin diqqətində olacaq.