backend

İlham Əliyev korrupsioner monopolistlərin BELİNİ QIRDI - Təfərrüat

İlham Əliyev korrupsioner monopolistlərin BELİNİ QIRDI -  TəfərrüatGömrük inhisarçılarının getdikcə qolları qırılır. Monopolistlərin fəaliyyət sahəsi daralır

Artıq Azərbaycana gətirilən tütün toxumları və tinglər gömrük idxal rüsumuna cəlb edilməyəcək.

Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nə dəyişiklik edib.

Dəyişikliyə əsasən tütün toxumları ayrıca sətirdə göstərilməklə gömrük idxal rüsumundan azad edilir, bu kateqoriyadan olan digər mallar isə yenə 3% gömrük idxal rüsumuna cəlb ediləcək.

Dəyişikliyə əsasən ting və üzüm qələmi (peyvənd edilmiş və ya kök ilə) istisna ilə bu kateqoriyada digər ağaclar, kollar və kolluqlar (peyvənd edilmiş və ya edilməmiş, yeməli bar gətirənlər) gömrük dəyərlərinin 15%-i həcmində gömrük idxal rüsumuna cəlb ediləcək.

Ulus.Az xəbər verir ki, indi gömrük xidmətinin rəhbərliyi və idxal monopolistləri heç olmasa bəzi yüklərin köhnə qayda ilə qeydiyyata alınmasına çalışır. Ancaq görünən budur ki, artıq siyasi qərar var və gömrük rəhbərliyinin cəhdləri uğursuzluğa düçar olacaq.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bir qədər öncə bildirmişdi ki, gömrük yüklərinin ASAN Xidmət vasitəsilə bəyan edilməsi planlaşdırılır. O vaxt bəzi müşahidəçilər bu açıqlamaya real yanaşmırdı. Bu ümidsizliyin də real əsasları var idi.

Çünki bu, həm gömrükçülərin, həm də monopolistlərin bazarının bağlanması deməkdir. Hazırda gömrük xidmətində milyardlarla ölçülən qara dövriyyə mövcuddur.

Birinci vitse-prezident vəzifəsinə Mehriban Əliyevanın təyin edilməsi iqtisadi sferada inqilabı dəyişiklərlə müşayiət olunacaq. Hakimiyyətin yeni idarəçilik strategiyasında monopoliyaya yer yoxdur və prezident qəti şəkildə inhisarçılıq siyasətinə nifrət edir.

Dövlət başçısı iqtisadi böhrana qarşı imzaladığı fərmanlar və sonuncu gömrüklə bağlı sərəncam da məhz inhisarın qarşısını almağa hesablanıb. Bu situasiyada M.Əliyevanın yeni vəzifəsi məhz monopoliyaya qarşı daha güclü şəkildə səfərbər olmağa imkan yaradır.

Azərbaycanda müşahidə edilən iqtisadi problemlər və prezident İlham Əliyevin onların aradan qaldırılması məqsədilə apardığı miqyaslı islahatlar fonunda vitse-prezidentlik institutuna kəskin zərurət yaranmışdı.