backend

Prezident Administrasiyası “rekordsmen” başçıları araşdırır - Siyahı

Prezident Administrasiyası “rekordsmen” başçıları araşdırır - Siyahı















Prezident Administrasiyasına 2016-cı ildə hər 1000 nəfərə görə Bakı, Mingəçevir, Naftalan, Şəki, Ağcabədi, Ağdam, Beyləqan, Biləsuvar, Daşkəsən, Füzulidən şikayət çox olub.

Eyni siyahı üzrə Göygöl, İmişli, Kəlbəcər, Laçın, Siyəzən, Şabran, Yardımlı, Zəngilanın adı keçir.

Şəhər, rayon icra hakimiyyətlərinin Prezident Administrasiyasına təqdim etdikləri illik rəsmi hesabat və arayışlardan görünür ki, bəzi şəhər və rayonların sakinləri yuxarı dövlət orqanlarına daha çox müraciət edirlər.

Onlara idarə etdikləri rayonlarda gələn silsiləli problemlərlə bağlı xəbərdarlıq olunduğu bildirilir.

Daxil olan məlumata görə Zərdabın icra başcısı Lütvəli Babayev, Şabran icra başçısı Novruz Novruzov, Beyləqan icra başçısı Vaqif Abdullayev, Astara rayon icra başçısı Qəzənfər Ağayev şikayət olunan məmurlar sırasında aparıcılıq edirlər.

İcra başçılarının nəzərinə çatdırılıb ki, onların idarə etdikləri rayonlarda sosial problemlərə rəhbərliyin biganəlik nümayiş etdirməsi, sonradan vətəndaşları mətbu orqanlara müraciət etməyə vadar edir.

Bildirilir ki, yaxın günlərdə yuxarıda adı keçən rayonların icra başçıları ilə bərabər başqa rayonların da icra başçılarının yerlərinin dəyişdiriləcəyi ehtimal olunur.
Bəzi icra başçılarının isə onlara göstərilən etimadı doğrulda bilmədikləri səbəbi ilə vəzifədən alıncağı gözlənilir.

Ulus.Az xəbər verir ki, Azərbaycan hökumətinin yaşlı üzvlərinin daha gənc kadrlarla əvəzlənəcəyi barədə məlumatlar yayılıb. Maraqlıdır ki, bu məlumatlar rəsmi olaraq təsdiqlənməsə də, təkzib də edilməyib.

Məlumata görə isə yüksək postlar tutan qocaman məmurların əvəzlənməsi yalnız hökumət kabinetinə daxil olan vəzifəlilərlə məhdudlaşmayacaq.

ölkənin bir çox digər şəhər və rayon icra başçıları arasından yaşı 70-i haqlayan və daha çox olanların da 2017-ci il boyunca görəvlərindən uzaqlaşdırılacağını söyləyən qaynağımız son zamanlar ölkə başçısının bu yaxınlarda imzaladığı Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji “yol xəritələri”ndə nəzərdə tutulan islahatların məhz yeni Nazirlər Kabineti - yeni kadrlarla həyata keçirilməsi planı olduğu barədə məlumatların dövriyyəyə buraxılmasını təsadüfi saymadığını bildirib.