backend

“Azəriqaz”da yeni rəis təyinatı oldu

“Azəriqaz”da yeni rəis təyinatı oldu

Yeni rəis buna qədər Salyan Qaz İstismarı sahəsinin rəisi vəzifəsində çalışıb.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində yeni təyinat gerçəkləşib.

qaynarxett.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı birliyin mətbuat katibi Araz Ağayev verib.

O, bildirib ki, yeni yaradılan Salyan Regional Qaz İstismarı İdarəsinə Xəyyam Hüseynağa oğlu Rzayev rəis təyin olunub. Təyinat barədə əmr avqust ayının 25-də verilib. Yeni rəis buna qədər Salyan Qaz İstismarı sahəsinin rəisi vəzifəsində çalışıb.

Araz Ağayevin sözlərinə görə, hələ Xaçmaz Regional Qaz İstismarı İdarəsinə rəis təyinatı olmayıb.

Qeyd edək ki, Dövlət Neft Şirkəti rəhbərinin əmrinə əsasən, iyun ayının 17-də Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar qaz-istismar sahələri yenidən təşkil edilərək onların bazasında Xaçmaz Regional Qaz İstismarı İdarəsi, Salyan, Saatlı, Sabirabad, Neftçala, Şirvan, İmişli, Hacıqabul qaz-istismarı sahələri yenidən təşkil edilərək Salyan Regional Qaz İstismarı İdarəsi yaradılıb.