backend

Bakıda gərgin gecə - Bir ev uçuruldu, camaat daşa basıldı (Foto)

Bakıda gərgin gecə - Bir ev uçuruldu, camaat daşa basıldı (Foto)
















Bu gecə Yasamal rayonu, Hüseyn Cavid prospektində gərgin anlar yaşanıb

Musavat.com xəbər verir ki, adıçəkilən ünvanda bir müddətdir ki, söküntü işləri ilə bağlı danışıqlar gedirmiş, amma sakinlər onlara təklif edilən qiymətlə razılaşmayıblar. Buna baxmayaraq, bu gün, axşam saatlarında iş maşınları əraziyə gələrək, binaları sökməyə cəhd ediblər.

Bu zaman sakinlərlə söküntü işlərini aparanlar arasında qarşıdurma yaşanıb. Sakinlərin verdiyi məlumata görə, ərazini almaq istəyən "Olympus Park" yaşayış kompleksinin sahibidir. Həmin şəxs sakinlərin evi üçün ödənişi etmədən evləri sökmək istəyir.

Əldə olunan məlumata görə, söküntü işlərini aparmağa gələn şəxslər həm sakinlərə, həm də çəkiliş aparmaq üçün əraziyə gələn jurnalistlərə daş atıblar və fiziki güc tətbiq ediblər.

Evlərdən biri tamamilə uçurulub. Mənzildən ev sahibləri heç bir əşyalarını çıxara bilməyiblər.