backend

“Qara bazarı” ləğv edəcək qərar - dollar almaq istəyənlərin işi asanlaşacaq

“Qara bazarı” ləğv edəcək qərar - dollar almaq istəyənlərin işi asanlaşacaq












Valyuta dəyişmə məntəqələrinın fəaliyyətinin qısa müddət sonra bərpa ediləcəyi gözlənilir. Bir il öncə valyuta dəyişmə məntəqələri ləğv edilən zaman bunun doğru addım olmadığı bildirərək, bu xidməti bərpa etməyin vacibliyini bildirmişdik. Hətta ötən ilin payızında valyuta dəyişmə məntəqələrinin fəaliyyətinin bərpası ilə bağlı təkliflərimizi də hökumətə təqdim etdik.

Bunu iqtisadçı-alim Vüqar Bayramov söyləyib. Mütəxəssis bildirib ki, valyuta dəyişmə məntəqələri o zaman "qara bazar” ilə əlaqələndirilirdi, amma nəticə oldu:

"Bu məntəqələr bağlanandan sonra "qara bazar çiçəklənməyə” başladı. Valyutadəyişmə məntəqələrinin olmaması qara bazarın inkişafına gətirib çıxardı. Digər baxımdan, valyutadəyişmə məntəqələrinin işləməsi 6 min iş yeri demək idi. Bu məntəqələr ləğv edilən zaman məhz 6 min iş yeri bağlandı. Bu baxımdan, valyuta dəyişmə məntəqələrinin bərpası həm də yeni leqal iş yerləri deməkdir".

V.Bayramovun sözlərinə görə, əksər bankların alış və satış kursu arasında fərq yenə də var: "Fevral ayının əvvəllərində manat möhkəmlənməyə başlayanda manatın və ya dolların alış kursu ilə satış kursu arasında hər 100 dollarda təxminən 20 manat fərq var idi. Əslində, səbəblərdən biri məhz valyuta dəyişmə məntəqələrinin yoxluğu nəticəsində rəqabətin zəif olması idi. Qəribədir ki, hətta qeyri-leqal fəaliyyət göstərən "qara bazar”da valyutanın alış-satış kursu əksər banklara nisbətən daha münasibdir. Bu isə ondan xəbər verir ki, valyuta dəyişmə məntəqələrinin bərpası qeyri-leqal bazarda çalışanların fəaliyyətinin leqallaşdırılmasına imkan verəcək".

Ekspert qeyd edir ki, valyutadəyişmə məntəqələri ləğv edilən zaman orada işləyənlərin əksəriyyəti "qara bazarda" fəaliyyət göstərirdilər: "Artıq onlar valyutadəyişmə məntəqələrinə qayıdacaqlar, leqal şəkildə fəaliyyət göstərəcəklər. Bir il öncə "qara bazarın” yaranmaması üçün valyuta dəyişmə məntəqələrinin ləğv edildiyi bildirilsə də, əslində indi bu məntəqələr "qara bazarı” ləğv etmək üçün bərpa edilir. Valyutadəyişmə məntəqələrinin yenidən fəaliyyəti imkan verəcək ki, insanlar asan, sərbəst şəkildə - şənbə, bazar, bayram günlərinə baxmadan gedib pullarını dəyişə bilsinlər. Bu baxımdan, əslində bir il öncə ləğvinə ehtiyac olmayan məntəqələrin daha tez fəaliyyətə başlamasına ehtiyac var idi".