backend

Xaçmaz İcra Hakimiyyəti meymun heykəlinə pul tapır, şəhid ailəsinə yox - Foto

Bir neçə gündən sonra şəhid Yüzbəyov Əmrah Aydın oğlunun ildönümüdür. Şəhid Yüzbəyov Xaçmaz rayonunun Hacıməmmədoba kəndində doğulub. Aprel döyüşlərində iştirak edib. Talış yüksəkliyinin azadlığı uğurundan gedən döyüşlərdə şücaət göstərib

FaktXəbər-in məlumatına görə, Yüzbəyov doğulduğu Hacıməmmədoba kənd sakinləri və yaxınları şəhidin adının əbədiləşdirilməsi üçün kənddə xatirə bulağı inşa edirlər. Sakinlərin bildirdiyinə görə, tikintinin aparılmasında müəyyən qədər yardım üçün Xaçmaz rayon İcra Hakimiyyətinə və kənd bələdiyyəsinə müraciət etsələr də, müsbət cavab almayıblar. Hər iki qurum da imkanlarının olmadığını söyləyib. İşi belə görən kənd sakinləri Xaçmaz rayon İcra Hakimiyyətinə müraciət edərək, toz-torpaq altında qalmaması üçün xatirə bulağının qarşısından keçən 100 metrlik yolun asfaltlanmasını xahiş ediblər. Amma icra başçısının birinci müavini Yetkin Mehmanov onlara, “imkanımız yoxdur” cavabını verib.

Məsələ ilə əlaqədar Xaçmaz rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yetkin Mehmanovla əlaqə saxlayıb, münasibətini öyrənmək istədik. Telefonu qaldıran şəxs Yetkin müəllimin köməkçisi olduğunu və müavinin əraziyə çıxdığını söylədi. Məsələni ona bildirib, əlaqə nömrəmizi verdik. Amma üstündən 1 gün keçməsinə baxmayaraq, heç bir cavab almadıq. Təkrar zənglərimizə isə cavab verən olmadı.

Maraqlıdır ki, İcra Hakimiyyətindən verilən “imkanımız yoxdur” cavabı daha çox ənənəviçiliyi xatırladır. Çünki İcra Hakimiyyətinin imkanı olmasa, şəhərin mərkəzində meymuna heykəl qoya bilməzdi. Nəinki meymuna, şirə, dilənçi uşağa, almaya, hambala, hətta Azərbaycana aidiyyəti olmayan filə, zürafəyə belə heykəl qoyulur, amma şəhidin adına tikilən xatirə bulağına kömək etməyə və ya qarşısındakı yola bir maşın asfalt döşəməyə pul tapılmır.