backend

TƏCİLİ: Prezident YENİ İQTIDAR yarad;r - İnqilabi dəyişiklik Azərbaycan xalqına nə verəcək?!

TƏCİLİ: Prezident  YENİ  İQTIDAR yarad;r - İnqilabi dəyişiklik Azərbaycan xalqına nə verəcək?!

Azərbaycanda yeni siyasi idarəçilik başlanır; Referendum ərəfəsindən məlum idi ki, yeni hakimiyyət qurulur və sistem refreş edilir...

Ulus.Az-ın verdiyi xəbərə görə, prezident İlham Əliyevin Milli Məclisə göndərdiyi yeni qanun layihəsi də hökumətin idarəçilik strategiyasında inqilabi dəyişikliyə getdiyini deməyə əsas yaradır.

Prezident Administrasiyasının ləğv olunması barədə layihənin parlament tərəfindən təsdiqlənəcəyi heç kimdə şübhə doğurmur.

Artıq hakimiyyət daha müasir idarəçiliyə keçir. Bu mərhələdə korrupsiya və rüşvətin kökünün kəsilməsi, bürokratik əngəllərin ləğvi, iqtisadi tərəqqi, sahibkarlığın, turizmin, ümumilikdə qeyri-neft sektorunun inkişafında ciddi irəliləyişlər olacağı gözlənilir.

I vitse-prezident təyinatı və MM-ə göndərilən qanun layihəsi də məhz Azərbaycanda yeni iqtidarın olacağını göstərir. Bu iqtidarın başında isə təbii ki. İ.Əliyev dayanacaq.

Azərbaycan hakimiyyəti gəncləşir. Nazirlər Kabinetində, icra hakimiyyəti strukturlarında müasir texnologiyadan bixəbər, qocalar evinə yararlı məmurlar yola salınacaq.

Onlar dövlət başçısının siyasi-iqtisadi reformalarına maneçilik törədir və islahatların tempinə uyğunlaşa bilmirlər. İqtidar komandasının çoxdan yenilənməsinə ehtiyac var. İ.Əliyevin hakimiyyəti dəyişmək siyasəti nəticəsində islahatlar intensivləşə bilər.

Müasir dünya ilə ayaqlaşa bilməyən nazirlərin, onların müavinlərinin, icra hakimlərinin iqtidarda təmsil olunması adekvat deyil.

Prezident İlham Əliyev Milli Məclisə "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə layihə təqdim edib.

Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ləğv olunaraq Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqan kimi fəaliyyət göstərəcək.

Layihədə qeyd olunur ki, sözügedən qanunun 1. 11.1.1.1-ci maddəsində "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Administrasiya rəhbərinin vəzifəsi," sözləri "orqanın rəhbərinin vəzifəsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi," sözləri ilə, "Azərbaycan Respublikası Dövlət müşavirlərinin" sözləri "Azərbaycan dövlətinin başçısının fəaliyyətini tənzimləyir.

Belə ki, inzibati vəzifələrin ali təsnifatından Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Administrasiya rəhbərinin vəzifəsi çıxarılır və Birinci vitse-prezidentin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi ilə əvəzlənir.