backend

Azərbaycanda çoban yanaraq öldü

Azərbaycanda çoban yanaraq öldü












Şəmkir rayonunda ölümlə nəticələnən yanğın baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, aprelin 25-nə keçən gecə Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndi ərazisində kənd sakini Alı Burcuyevə məxsus fermanın yardımçı otağında yanğın baş verib. Nəticədə 12 kvm. sahədə yanar konstruksiyalar yanıb, yanğın söndürüldükdən sonra orada çoban işləyən, kənd sakini Aydın Ələsgərovun yanmış meyiti tapılıb.

Araşdırma aparılır.