backend

Prezident Administrasiyası ləğv edilmədi, kimlər dilxor oldu? - Pərdəarxası

Prezident Administrasiyası ləğv edilmədi, kimlər dilxor oldu? - Pərdəarxası















Artıq birinci vitse-prezident təyin olunub. Birinci vitse-prezidentlik dövlət başçısından sonra dövlət idarəetmə strukturunda ikinci vəzifədir.

Onun da fəaliyyətinin tənzim edilməsi üçün köməkçiləri, müşavirləri, həmçinin özünün aparatı ola bilər.

Bunun hamısı konstitusiya və qanun çərçivəsində fəaliyyət göstərir. Bu baxımdan bəzi mətbuat orqanlarında gedən məlumat insanlarda çaşqınlıq yarada bilərdi.

Prezident Administrasiyasının şöbə müdiri çox düzgün və dəqiq izahat verdi. Yəni hər hansı bir idarəetmə strukturunun dəyişilməsindən söhbət getmir.

Söhbət dövlət qulluğuna və təsnifata yeni vəzifələrin daxil edilməsi ilə bağlı dəyişiklikdən gedir. Dövlət Administrasiyası, İşlər İdarəsi və Prezident yanında Tibb Xidməti öz fəaliyyətini səlahiyyəti çərçivəsində bundan sonra da davam etdirəcək.

Ulus.Az-ın verdiyi xəbərə görə, PA-nın ləğv ediləcəyi xəbəri az qala şadyanalıq kimi təqdim olunurdu.

Bəzi qüvvələr qurumun ləğvi məlumatından sevincək olmuşdu. Ancaq qanun layihəsi şərh olundu və kimlərinsə ümidləri suya düşdü.

Onlar hesab edirdilər ki, bu qərarla hansısa siyasi güclər meydandan çıxarılacaq. Ancaq unutdular ki, qanun layihəsi siyasi islahatların davamıdır və idarəetmənin təkmilləşməsidir.

İlham Əliyev kifayət qədər siyasi təcrübəyə malikdir. Onun beynəlxalq əlaqələri, nüfuzlu siyasətçilərlə görüşləri, daxili siyasətdə bu illər ərzində topladığı təcrübə, yaşanmış hadisələrdən çıxarılan nəticələr idarəetmədə tətbiq olunur.

Qeyd edək ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa nəzərdə tutulan dəyişikliklərin mahiyyəti isə ondan ibarətdir ki, Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini təmin edən bir sıra qurumlar dövlət qulluqçuları təsnifatına salınsın.

Misal üçün, Azərbaycan Respublikası Prezidentinin fəaliyyətinin təmin edilməsində yalnız Azərbaycan Respublikası Prezidentinin Administrasiyası deyil, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti də iştirak edir.