backend

Rusiyada 17 yaşlı azərbaycanlı qızı oğurladılar

Rusiyada 17 yaşlı azərbaycanlı qızı oğurladılar

Oğurlanan qız Peterburq tibb kollecinin ikinci kurs tələbəsidir.

Sankt-Peterburq şəhərində (Rusiya) naməlum şəxslər 17 yaşlı qızı oğurlayıblar.

qaynarxett.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə “McDonalds” restoranının qarşısında baş verib.

“Çernaya reçka”, 53 ünvanında “Nissan Almera” avtomobilindən bir neçə naməlum şəxs enərək qızı zorla maşına mindirib, naməlum istiqamətdə aparıblar.

Qızın yanında olan rəfiqəsi hadisə barədə oğurlanan qızın atasına xəbər verib. 42 yaşlı ata, Peterburq şirkətlərinin birində taksi sürücüsü işləyir. Polis “005” dövlət nişanlı avtomobili axtarır.