backend

İlham Əliyev ölkəni iqtisadi təlatümdən necə çıxarmalı oldu? - Təfərrüat

İlham Əliyev ölkəni iqtisadi təlatümdən necə çıxarmalı oldu? - Təfərrüat
















Məlumdur ki, dünyanın əksər, xüsusən neft istehsalçısı olan ölkələrinin iqtisadiyyatında inkişaf templəri azalıb, makroiqtisadi göstəricilər zəifləyib.

Bu haqda Ulus.Az-ın İqtisadiyyat Şöbəsi xəbər yayıb. Azərbaycan da beynəlxalq iqtisadi sistemə geniş inteqrasiya etdiyindən proseslərin iştirakçısına çevrilib.

Ona görə bu reallıqlar zəminində dünya iqtisadiyyatında baş verən yeni iqtisadi təlatümlər və çağırışlar ölkəmizdən də yan keçmir.

Lakin dünyada davam edən neqativ proseslərdən qaynaqlanan amillərin təsirinə baxmayaraq, prezident İlham Əliyevin düşünülmüş iqtisadi siyasəti Azərbaycanın bu iqtisadi təbəddülatlardan minimum itki ilə çıxmasını təmin edir.

Azərbaycanda qeyri-neft sektorunun inkişafında yeni mərhələ başlayır. Artıq uğurlu nəticələr var. Əsas vəzifələrdən biri isə qeyri-neft məhsullarının ixracıdır.

Son aylarda Azərbaycanın qeyri-neft məhsullarının xaricə daha böyük həcmdə ixracı dolayısı ilə ölkəmizdə qeyri-neft sektoru istehsalının artdığını təsdiq edir.

Ulus.Az xəbər verir ki, dövlət başçısının müvafiq fərmanına uyğun olaraq bu vaxtadək Çinin Honqkonq Xüsusi İnzibati Ərazisi və Quancou şəhərinə, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Əfqanıstan, Pakistan və Qətərə 7 ixrac missiyası təşkil olunub. İlin sonunadək isə daha 3 ixrac missiyasının təşkili planlaşdırılır.

Artıq Çindən daxil olan sifarişlərə əsasən, bu ölkəyə şərab ixracına başlanılıb. 500 min butulkadan artıq şərab ixracına dair müqavilə imzalanıb.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə təşkil edilən ixrac missiyası zamanı meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz, ət və ət məhsulları, bal, süd və süd məhsulları istehsal edən 20 şirkət öz məhsullarını alıcılara təqdim edib.

Nəticə olaraq Dubaya nar şirəsi və alma ixrac olunur. Bütövlükdə bu ilin ilk aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanda kənd təsərrüfatı və emalı məhsullarının ixracı artıb.

Bu bir daha təsdiq edir ki, həyata keçirilmiş çoxşaxəli tədbirlər nəticəsində Azərbaycanın qeyri-neft ixracı müsbət dinamika ilə artır. Bütün bunlar prezidentin anti-böhran tədbirlərinin nəticələridir.