backend

İdmançılarımız ABŞ-da üç medal qazandı

İdmançılarımız ABŞ-da üç medal qazandı

Abdullayeva gümüş medala sahib olub.

Azərbaycan Milli Paralimpiya komitəsinin cüdo üzrə milli komandası ABŞ-ın Kolorado Sprinqs şəhərində keçirilən Dünya çempionatının ilk günündə üç medal qazanıblar.

qaynarxett.az ANS PRESS-ə istinadən xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin İnkişaf, İnformasiya və tədris şöbəsinin müdiri Kamal C. Məmmədov bildirib ki, 73 kq çəkidə çixış edən Ramin Qasımov qızıl, 66 kq çəkidə Bayram Mustafayev qızıl və qadınlar arasında 57 kq çəkidə isə Səbinə Abdullayeva gümüş medala sahib olublar.

2016-cı ildə Braziliyanın Rio De Janeyro şəhərində keçiriləcək XV-ci yay paralimpiya oyunlarında iştirak üçün paralimpiyaçı cüdoçularımız Ramin Qasımov və Bayram Mustafayev birbaşa lisenziya qazanmış oldular!

Çıxışlar davam edir