Təhsil Şöbəsinin vəzifəli şəxsinin evi kül oldu29 apr 2017 - 14:13838 Yardımlı rayonunda yanğın hadisəsi olub Yanğın Vərgədüz kəndində qeydə alınıb. Belə ki, kənddə vətəndaşa məxsus ev içindəki əşyalarla birlikdə yanaraq kül olub. Əldə etdiyimiz məlumata görə, yanan ev şair-publisist, Yardımlı rayon Təhsil Şöbəsinin aparıcı-məsləhətçisi Pənah Tağızadəyə məxsusdur.