backend

İbrahimoviçdən yeni rekord

İbrahimoviçdən yeni rekord

O, yığma komandanın 82 illik rekordunu qırıb.

İsveçin tanınmış futbolçusu Zlatan İbrahimoviç yeni bir rekorda imza atıb.

qaynarxett.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu rekord Estoniya ilə İsveç arasında baş tutan hazırlıq matçında qeydə alınıb.

Estoniyanı məğlub edən İsveçin qələbəsində baş memar olan Zlatan 3-cü və 24-cü dəqiqələrdə fərqlənə bilib.

Futbolçu oyunda ikinci qolu vurmaqla yığma komandanın 82 illik rekordunu qırıb.

Zlatan İbrahimoviç bu iki qolla milli komandadakı qol sayını 50-yə yüksəldib və Sven Rudellin yığmadakı ən çox qol vuran oyunçu ünvanını öz əlinə keçirib.