backend

Astan Şahverdiyev müğənni ilə torpaq davasından danışdı - “Ağzına gələni danışır”

Astan Şahverdiyev müğənni ilə torpaq davasından danışdı - “Ağzına gələni danışır”

















Milli Məclisin deputatı Astan Şahverdiyev tanınmış müğənni, əməkdar artist Firuzə İbadovanın onun haqqında söylədiyi fikirlərə qısa şəkildə cavab verib

A.Şahverdiyev ölkə.az-a açıqlamasında Firuzə İbadovanın yalan danışdığını deyib:

“O ağlına, ağzına gələni danışır, onun fikirlərinin hamısı cəfəngiyyatdır. Düzü, mən də bu cür cəfəngiyyatlara cavab vermək istəməzdim. Axı yalana nə cavab verim?”.

Xatırladaq ki, əməkdar artist Firuzə İbadova ilə deputat Astan Şahverdiyev arasında torpaq davası davam edir. F.İbadova “BakiPost.az”-a müraciətində A.Şahverdiyevlə arasındakı çəkişmənin təfərrüatını danışıb.

Hazırda Badamdarda köhnə binada anası və övladı ilə yaşayan müğənni deputatdan haqqını ala bilmədiyini söyləyib.