backend

Hər 40 saniyədə bir nəfər özünü öldürür

Hər 40 saniyədə bir nəfər özünü öldürür

Yaşı 15-dən 29-a qədər olan insanların ölümünün başlıca səbəblərindən biri intihardır.

Dünyada hər il 800 min adam həyatına qəsd edir.

qaynarxett.az-un məlumatına görə, modern.az xarici KİV-ə istinadən bildirir ki, Dünya Səhiyyə Təşkilatının hesabatına görə, hər 40 saniyədə bir nəfər özünü öldürür. Təşkilatın hesabatında qeyd edilir ki, 2012-ci ildə 804 min nəfər özünə qəsd edib.

Bu isə o deməkdir ki, hər 100 min nəfərdən 11,4 nəfəri intihar edir. Sənəddə bildirilir ki, bir çox ölkədə intihar edənlərin statistikası aparılmır, araşdırmaçıların fikrincə, bəzi hallarda intiharlar bədbəxt hadisə, yaxud başqa formada təqdim olunur. Digər məlumata görə, həyat şəraiti yüksək olan ölkələrdə kişilər qadınlara nisbətən üç dəfə çox intihar edir, orta və daha pis həyat şəraiti olan ölkələrdə isə özünə qəsd edən kişilərlə qadınların sayı demək olab bərabərdir.

Statistikaya görə, yaşı 15-dən 29-a qədər olan insanların ölümünün başlıca səbəblərindən biri intihardır. Bununla belə, 70-dən yuxarı yaşı olan insanların intihara meyllilikləri daha yüksəkdir.