Hakimiyyətdən şok: iqtidar - müxalifət - QHT dialoqu başlanır - Təcili

Siyasət 2-05-2017, 12:23
Hakimiyyətdən şok: iqtidar - müxalifət - QHT dialoqu başlanır - Təcili

















Azərbaycan iqtidarı siyasi islahatları da kamilləşdirir

Hakimiyyət müxalifət partiyaları, vətəndaş cəmiyyəti üzvləri və media ilə dialoqa başlayır.

Yaxın vaxtlarda Yeni Azərbaycan Partiyası rəsmiləri ilə siyasi partiya yetkililəri, QHT rəhbərləri arasında dəyirmi masa təşkil olunacağı planlaşdırılır.

Siyasi reformaları gücləndirməyi və milli maraqlar naminə ümumilli məsələlərin müzakirəsini nəzərdə tutan iqtidar əks düşərgə ilə fikir mübadiləsi aparmağa hazırlaşır.

"Vətəndaş cəmiyyətinin fəaliyyətində müəyyən problemlər var. Bunu etiraf edirəm. Bu, maliyyələşmə ilə bağlıdır. Bəzi məmurlar vətəndaş cəmiyyəti ilə əməkdaşlığı qəbul etmirlər.

Mən onun tərəfindəyəm ki, vətəndaş cəmiyyəti institutları daha kamil proqramlar təqdim etməlidirlər. Belə olmayan halda vətəndaş cəmiyyətinin təklifi hökumət tərəfindən qəbul edilmir”.

Bunu Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, Baş nazirin müqavini Əli Əhmədov Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən konfransda deyib.

Ə.Əhmədov qeyd edib ki, vətəndaş cəmiyyəti hansısa layihə təqdim edəndə sübut etməlidir ki, bu layihə ilə hökumətin xərcləri azalacaq:

“Qeyri-hökumət təşkilatları faydalı olduqlarını sübut etməlidirlər. Bunu edə bilməsəniz, deyiləcək ki, sizin təqdim etdiyiniz layihədən də ucuz bu işi ucuz görmək olar.

Bəs burada fayda nədən ibarət oldu? Qeyri-hökumət təşkilatları hökumətin hansısa gördüyü işə xərclədiyi maliyyədən az maliyyə tələb edən layihə təqdim etməlidir. Biz hökumət nümayəndəsi olaraq vətəndaş cəmiyyəti ilə əməkdaşlığa ehtiyacımız var.

Bəzi qeyri-hökumət təşkilatları mövcuddurlar, amma onların fəaliyyəti hiss olunmur. Bunu tənqid mənasında demirəm. Hökumət nümayəndəsi olaraq demək istəyirəm ki, hökumət vətəndaş cəmiyyəti ilə işləməkdə maraqlıdır”.

Ulus.Az-a verilən xəbərdə deyilir ki, hakimiyyət siyasi gərginliyi azaltmaq, konstruktiv siyasi mühit yaratmaq fikrindədir.

Siyasi islahatlar geniş anlam kəsb edir və onların sırasında “balaca padşahlar”dan - icra başçılarının dəyişdirilməsindən tutmuş Seçki Məcəlləsinin optimal varianta gətirilməsi də daxildir.

Siyasi islahatlar üçün kosmetik dəyişiklik yox, real dəyişikliklər olmalıdır. Məlumatlara görə, gözlənilən islahatlar da elə “balaca padşahlar”dan başlamalıdır.
Xəbərlərə görə, bu islahatlara hazırlıq rayon icra hakimiyyəti başçılarının qanunsuz əməllərindən Prezident Administrasiyasına edilən şikayətlərin monitorinqi əsasında aparılır.

Son vaxtlar rəsmi Bakının Qərbin tənqidlərinə Avropa institutlarından çıxmaq və əməkdaşlığa yenidən baxmaq kimi hədələyici bəyanatlarla reaksiya verməsinə baxmayaraq, Azərbaycan balanslı siyasi kursu davam etdirmək niyyətindədir.
Oxunub: 411
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10