backend

İsmayıllının məşhur kəndində fahişəxana aşkarlandı

İsmayıllının məşhur kəndində fahişəxana aşkarlandı

Polis əməliyyat keçirib.

İsmayıllıda istirahət mərkəzində fahişəxana aşkarlanıb.

qaynarxett.az-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Basqal kəndində “Nazimoğlu” istirahət mərkəzində əxlaqsızlıq yuvası təşkil olunması barədə şikayət daxil olub.

Daxil olan şikayət əsasında İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən əməliyyat keçirilib.

Keçirilən əməliyyat tədbirləri ilə “Nazimoğlu” istirahət mərkəzində həqiqətən də fahişəxana təşkil olunması müəyyən olunub. Oranı işlədən Ağsu şəhər sakini Nazim Dursunalıyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.