backend

14 yaşlı ikinci dəfədir adam öldürür

14 yaşlı ikinci dəfədir adam öldürür
















Mayın 3-də qanunsuz olaraq idarə etdiyi “Porsche” markalı avtomobillə 24 yaşlı qadını vuraraq öldürəın biznesmen oğlu, 14 yaşlı Ağaəli Fərəcovla bağlı ziddiyyətli məlumatlat gündəmi zəbt edib

Məlumat üçün qeyd edək ki, Bakının Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsindən metronun “Neftçilər” stansiyası istiqamətinə gələn yolda tanınmış iş adamı Füzuli Fərəcovun oğlu Ağaəli Fərəcovun idarə etdiyi “Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobil Gürcüstan vətəndaşı 24 yaşlı Xəyalə Məmmədovanı vuraraq öldürüb. Vəfat edən Xəyalə Məmmədova iki uşaq anası olub.

Yayılan xəbərlərdə Füzulu Fərəcovun Sumqayıtın icra başçısı Zakir Fərəcovun qardaşı olduğu qeyd olunur.

Bu gün nuh.az-a telefon açan şəxs bildirdi ki, Füzuli Fərəcovla Zakir Fərəcovun heç bir qohumluq əlaqəsi yoxdur. Həmin şəxs onu da əlavə etdi ki, 14 yaşı 2 il əvvəl başqa bir adamı da avtomobillə vuraraq öldürüb.