backend

Novruz Məmmədov: Sarkisyan adekvat adam deyil

Novruz Məmmədov: Sarkisyan adekvat adam deyil

PA rəsmisi erməni prezidentin bərbad hərəkətlərindən yazdı.

Azərbaycan Prezident Administrasiyası (PA) rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ermənistan prezidenti Serj Sarkisyanın psixi durumunun bərbad vəziyyətdə olduğunu güman edib.

qaynarxett.az xəbər verir ki, bu barədə o, öz “Tvitter” səhfəsində yazıb.

“Son bir ayda münaqişənin həlli ilə bağlı Sarkisyanla keçirilmiş iki görüşdə belə bir qəti qənaətə gəlmişəm ki, onun psixi durumu bərbad vəziyyətdədir. Ən yüksək səviyyəli görüşlər zamanı hamı müşahidə edir ki, onun işlətdiyi ifadələr, hərəkətləri, sifətinin mimikası situasiyaya adekvat olmur” - diyə Novruz Məmmədov bildirib.