backend

Əli Kərimlinin bilet alveri böyüdü: İqtidar qəzeti yazdı, həbslər başlanır - Təcili

Əli Kərimlinin bilet alveri böyüdü: İqtidar qəzeti yazdı, həbslər başlanır - Təcili

















Müxalifət partiyalarında mühacir sənədi alveri qalmaqalı böyüyür

Bir müddət əvvəl prokurorluğa çağırılan AXCP sədri Əli Kərimlinin dindirilməsi ilə iş yekunlaşmayıb.

Gələn xəbərlərə görə, bu iş dərindən araşdırılır və saxta partiya bileti satanlar, mühacir sənədi düzəldənlər təftiş edilir.

Hüquq-mühafizə orqanlarının bu iş istiqamətində apardığı araşdırmalar həbslərlə nəticələnə bilər. Artıq iqtidar mediası da məsələyə geniş yer ayırıb.

Səs qəzeti yazıb ki, müxtəlif saxta yollarla Avropada sığınacaq almağa çalışan şəxslərin hələ sentyabr ayında Fransanın Strasburq şəhərində “Azərbaycan Naminə Demokratiya” (“AND” - “Azerbaijan Needs Democracy”) adlı qurum yaratmalarının ardınca yeni təfərrüat meydana çıxmaqdadır.

Adıçəkilən qurum təsis edilərkən, orada “Milli Şura”nın sədri Cəmil Həsənli, eyni zamanda həmin təşkilatın koordinasiya şurasının üzvü, Müsavat başqanının müavini Tofiq Yaqublu da iştirak edib.

Yeri gəlmişkən, Müsavat partiyasının “Milli Şura”da təmsil olunmamasına baxmayaraq, T.Yaqublu həmin təşkilatda koordinasiya şurasının üzvü olaraq qalmaqdadır.

Ulus.Az xəbər verir ki, “AND” adlı qurumun yaradılmasının məqsədi qeyri-qanuni mühacir biznesini inkişaf etdirmək, siyasi partiya və təşkilatlar adı altında sui-istifadə yolları ilə xaricə köçmək istəyən adamlara saxta sənədlər verməkdən ibarətdir.

Qəzet yazır ki, “AND”ın Azərbaycanda mühacir biznesinin Avropadakı mərkəzi olacağı artıq sübuta yetirilib. Belə ki, C.Həsənlinin təsis iclasında iştirak etməsi də belə qənaətə gəlməyə zəmin yaradır ki, o, AXCP sədri Əli Kərimlidən tapşırıqlarını alıb.

AXCP sədri siyasi mühacir bazarını müsavatçıların inhisarından qoparıb öz monopoliyasına salmağa çalışır.Qiymət preskurantı isə təxmini olaraq bu cür olub: Müsavat partiyasının üzvlük vəsiqəsi 500 AZN, arayış isə 6000 AZN...

Əli Kərimli siyasi mühacir bazarını Müsavatın inhisarından alıb AXCP-nin monopoliyasına salır – üzvlük vəsiqəsi 600, “təqib olunmağı təsdiq edən araypış” isə 7000 AZN.

Məhz bu cür gəlir mənbəyinə sahib olmaq üçün AXCP sədri Ə.Kərimli əzəli və əbədi düşməni olan Müsavat partiyasını sözügedən bazardan çıxdaş etmək qərarına gəlib.

Beləliklə, AXCP və Müsavat arasında yalnız siyasi düşmənçilik mövcud deyil və bu partiyalar arasında həm də amansız biznes rəqabəti də var.