backend

Rusiyanın hərbi gəmiləri Azərbaycana istiqamət götürdülər

Rusiyanın hərbi gəmiləri Azərbaycana istiqamət götürdülər

Cənub-şərq hərbi dairəsi məlumat yaydı.

Rusiyanın Xəzər donanmasının “Dağıstan” və “Qrad Sviyajsk” raket gəmiləri oktyabrda Qazaxıstanın Hərbi Dəniz Qüvvələri ilə birgə təlimlər keçirəcək və üç xəzəryanı dövləti – Azərbaycan, İran və Qazaxıstanın limanına yan alacaqlar.

qaynarxett.az xəbər verir ki, bu barədə İTAR-TASS-a Rusiyanın cənub-şərq hərbi dairəsindən bildiriblər.

“Oktyabrın əvvəlində gəmilər Xəzər dənizində hərbi xidmətə başlayacaqlar. 20 gün ərzində hərbi hazırlıqdan başqa, dənizçilər – beynəlxalq əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi məqsədi ilə – üç xəzəryanı dövlətin limanlarına səfər etməyi planlaşdırırlar”, - bu barədə mətbuat xidmətindən bildiriblər.

Xəzər donanması xarici nümayəndələrin görüşü üçün fəxri qarovul və hərbi orkestr, eləcə də gəmilərdə ekskursiyalar hazırlayırlar.

Aktau limanına səfər zamanı Qazaxıstanın hərbi-dəniz qüvvələri ilə birgə təlimlərin keçirilməsi planlaşdırılır. Səfər zamanı gəmilər ümumilikdə 1500 mil məsafə qət edəcəklər.