backend

Bakıda şəhər nəqliyyatının inkişafı üzrə investisiya proqramının hazırlanması yekunlaşdırılır

Bakıda şəhər nəqliyyatının inkişafı üzrə investisiya proqramının hazırlanması yekunlaşdırılır

Proqramın maliyyələşdirilməsini AİB təmin edəcək.

Cari ilin dekabrında Asiya İnkişaf Bankının (AİB) Bakının dayanıqlı şəhər nəqliyyatı üzrə investisiya proqramı çərçivəsində yekun hesabatın hazırlanması gözlənilir.

qaynarxett.az Milli.az-a istinadən xəbər verir ki, bu barədə AİB-in şəhərsalma üzrə mütəxəssisi Devid Marqonştern bankın məsləhətçilər qrupunun Azərbaycan Nəqliyyat Nazirliyinin nümayəndələri ilə görüşündə qeyd edilib.

Görüşdə, həmçinin yekun hesabatın ilkin variantı təqdim olunub. Tərəflər Bakıda ictimai nəqliyyatın strategiyasını, şəhərdaxili dəmir yol nəqliyyatının inkişafı, avtobuslar vasitəsilə kütləvi və sürətli tranzit sisteminin yaradılmasını, şəhər avtobus sisteminin yenidən qurulmasını, avtobus dayanacıqlarının idarə edilməsini, paytaxt yol şəbəkəsi və əsas yol ayırıcılarının təkmilləşdirilməsi məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, AİB investisiya proqramının maliyyələşdirilməsinə 300 milyon dollar ayırmağı planlaşdırır (Trend)