Biznes kreditləri istehlak kreditlərini ötüb

Iqtisadiyyat 5-09-2014, 20:22
Biznes kreditləri istehlak kreditlərini ötüb

Real sektora kredit qoyuluşu 10,4% artıb.

Bu ilin ötən dövründə Azərbaycan banklarının verdiyi biznes kreditlərinin artımı, istehlak kreditlərinin artımından çox olub. İstehlak kreditlərinin 662,6 milyon manatlıq artımına qarşı, biznes kreditləri 705 milyon manat artıb.

2014-cü ilin yanvar-iyul ayları ərzində real sektora kredit qoyuluşu 17 milyard 34 milyon manat, maliyyə sektoruna kredit qoyuluşu isə 254,7 milyon manat təşkil edib.

qaynarxett.az Marja-ya istinadən xəbər verir ki, Mərkəzi Bankın “Kredit qoyuluşlarının sahələr üzrə strukturu” adlı statistik cədvəlinə görə, bu ilin yanvar-iyul ayları ərzində real sektora kredit qoyuluşu 1 milyard 611,1 milyon manat və ya 10,4% artaraq 15 milyard 422.9 milyon manatdan 17 milyard 34 milyon manata yüksəlib.

Real sektora kredit qoyuluşunun 6 milyard 986,1 milyon manatını ev təsərrüfatlarına verilmiş kreditlər, o cümlədən 999,6 milyon manatını daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilmiş kreditlər təşkil edib.

Bu ilin 7 ayı ərzində istehlak kreditlərinin həcmi 662,6 milyon manat və ya 12,4% artaraq 5 milyard 323,9 milyon manatdan 5 milyard 986,5 milyon manat yüksəlib.

Müqayisə üçün bildirək ki, 2013-cü ilin 7 ayı ərzində istehlak kreditlərinin həcmi 1 milyard 22,7 milyon manat artıb (3 milyard 613 milyon manatdan, 4 milyard 635,7 milyon manata). Yəni, bu ilin eyni dövründə artım 360,1 milyon manat az olub.

Yanvar-iyul aylarında daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilmiş kreditlər 108,8 milyon manat artaraq 890.8 milyon manatdan 999,6 milyon manata çıxıb.
Oxunub: 967
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 


ILK-10