İcra başçısı Vilyam Hacıyev 30 min dollarlıq telefon işlədir? - Foto

Bolge 11-05-2017, 01:05
İcra başçısı Vilyam Hacıyev 30 min dollarlıq telefon işlədir? - Foto
















Azərbaycanın bəzi məmurlarının dəbdəbəli həyata, bahalı geyim və aksesuarlara aludəçiliyi heç kimə sirr deyil. Bu barədə dəfələrlə yerli mətbuatda məlumatlar dərc edilib

Aztb.info xəbər verir ki, icmal.az-ın məlumatına görə, İmişli rayon icra başçısı Vilyam Hacıyevin maraqlı fotoşəkli yayılıb. Bu fotonu maraqlı edən əsas məqam isə iş otağında çəkilən həmin şəkildə masasının üzərindəki "Vertu" markalı mobil telefondur.

Bu gün ölkəmizdə demək olar ki, mobil telefon istifadəçisi olmayan yoxdur. 100 manatdan 1500 manatadək telefonlar hər birimizin gündəlik əşyasına çevrilib. Ancaq məsələ burasındadır ki, bəzən mobil telefonun bahalığı istifadəçinin statusunu təyin edir. Bu kimi VIP hesab olunan mobil telefon markalarından biri də "Vertu" markasıdır.

Məsələn, Vilyam Hacıyevin iş masasının üzərində görünən "Vertu Ascent TI" markalı telefonun dəyəri "E-bay" saytında 30.000 min dollardır. Bu, təqribən 50 min manat edir. Müştərinin istəyindən asılı olaraq telefonun korpusuna brilyant qaşlar da düzülə bilər ki, bu da qiymətin 100 min manata kimi qalxmasına təsir göstərir.


Həmin telefonu ikinci əldən isə 15-20 min arasında almaq olar.

Bəlkə də hörmətli icra başçısının masasının üzərindəki telefon onun deyil. Ancaq hər halda, 1000-1500 manat əmək haqqı alan bir məmurun belə fotosunun mətbuatda yayılması özlüyündə sual doğurur. Bütün bunlara isə aydınlıq gətirməli olan şəxs böyük bir rayonun etibar edildiyi Vilyam Hacıyevdir.


İcra başçısı Vilyam Hacıyev 30 min dollarlıq telefon işlədir? - Foto
Oxunub: 692
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 


ILK-10