backend

8 yaşlı uşağı vurub xəstəxanalıq etdilər

8 yaşlı uşağı vurub xəstəxanalıq etdilər

Hadisəni törədənin hərbçi olduğu bildirilir.

Bu gün günorta saatlarında Tovuz rayonunun Qovlar qəsəbəsində 8 yaşlı piyada Yusif Museyibovun xəsarət almasıyla nəticələnən avtomobil qəzası baş verib.

qaynarxett.az Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, uşaq yolu keçmək istəyərkən “Niva” markalı avtomobil onu vurub. Ağır bədən xəsarətləri alan 8 yaşlı Qovlar qəsəbə sakini Yusif Museyibov dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Həkimlər zərərçəkənin vəziyyətini kafi qiymətləndirirlər.

Hadisəni törədən “Niva” markalı avtomobilin sürücüsünün hərbçi olduğu bildirilir.

Faktla bağlı Tovuz polisi araşdırma aparır.